Ev İdman Futbol klublarımız dünya reytinqində irəlilədi

Futbol klublarımız dünya reytinqində irəlilədi

151
0
PAYLAŞ

Dünyanın ən güclü klublarının reytinq siyahısı açıqlanıb.

Siyahıda Azərbaycanın 4 komandası yer alıb. Klublarımız arasında ən yaxşı nəticə yenə “Qarabağ”dadır. Azərbaycan Premyer Liqasının liderinin hesabında 1169 xal var. Ağdam təmsilçisi planetin 542-ci komandasıdır. “Qarabağ” son siyahı ilə müqayisədə 3 pillə irəliləyib.

368 xala malik “Keşlə” 777-ci yerdə qərarlaşıb. “Qəbələ” 255 xalla 816-cı pillədədir. “Zirə”nin isə 217 xalı var. Paytaxt təmsilçisi planetin 839-cusudur. Bu klublar müvafiq olaraq, 4, 3 və 2 pillə irəliləyiblər.

Qeyd edək ki, cədvələ İspaniya klubları başçılıq edir. “Real” 17892 xalla 1-ci, “Barselona” 15431 xalla 2-ci, “Atletiko” 13432 xalla 3-cüdür.

Bir cavab yazın

Please enter your comment!
Please enter your name here