Ev Aktual Fransa-Azərbaycan universitetlərarası əməkdaşlıq attaşesi Morin Raabin Naxçıvan Dövlət Universitetində olub

Fransa-Azərbaycan universitetlərarası əməkdaşlıq attaşesi Morin Raabin Naxçıvan Dövlət Universitetində olub

103
0
PAYLAŞ

Fransa Respublikasının Azərbaycandakı səfirliyinin Fransa-Azərbaycan universitetlərarası əməkdaşlıq attaşesi Morin Raabin, “Campus-France Azərbaycan” bürosunun koordinatoru Mədinə Mollayeva Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Naxçıvan Dövlət Universitetində olub.

Universitetin mətbuat xidmətindən Naxcvanxeberleri.coma verilən məlumata görə, ilk olaraq universitetin Media Mərkəzində olan qonaqlara mərkəzdə fəaliyyət göstərən “Universitet” televiziyası və “Nuhçıxan” radiosunun fəaliyyəti haqda məlumat verilib. Jurnalistika ixtisasında təhsil alan tələbələrin gələcəkdə peşəkar kadr kimi formalaşmasında media mərkəzinin fəaliyyətinin xüsusi yeri olduğu vurğulanıb.

İkitərəfli görüşdə universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov qonaqları salamlayıb, onları universitetdə görməkdən məmnunluğunu ifadə edib. Fransanın Bordeaux, Puatye, Ruan universitetləri ilə ikitərəfli müqavilənin olduğunu diqqətə çatdıran rektor Anje, Brotan, Tur universitetləri ilə müqavilə üçün müraciətlərin olduğunu bildirib. Rektor qeyd edib ki, bu il universitetdən 1 tələbə təqaüd proqramı əldə edərək Fransa universitetlərində Turizm və otelçilik ixtisasında təhsil alır.

Qonaq Fransa ali təhsilinin təbliği, ölkəyə qəbul və beynəlxalq mobillik üzrə çalışan fransız təşkilatı olan Campus-France haqda məlumat verib. Səfərin məqsədi “Kənar şəhərlərdə Campus France günləri” keçirmək məqsədilə könüllülük prinsipi əsasında dəvət olunmuş şəxslərin universitetdə fransız dili tədrisinə yardım etməsi və dərslərdə iştirakının təmin olunması olub.

Universitetin Beynəlxalq əlaqələr üzrə prorektoru, hüquq üzrə fəlsəfə doktoru, dosent Seymur Talıbov edilən təklifləri qiymətləndirib, gələcək perspektivlər dəyərləndirilib. Fransız dilinin tədrisinə kömək məqsədilə xüsusi proqram əsasında keçiriləcək dərslərin əhəmiyyəti vurğulanıb.

Sonra Beynəlxalq münasibətlər və xarici dillər fakültəsində fransız dilindən dərs deyən müəllimlərlə görüş olub. Qonaq ERASMUS+ təqaüd proqramından danışıb, Azərbaycandan müəllimlərin də bu proqram vasitəsilə təcrübə keçə biləcəklərini nəzərə çatdırıb. Müəllimlərlə qarşılıqlı fikir mübadiləsi aparılıb, təkliflər dəyərləndirilib.

 

İki gün davam edən təqdimatların birinci günündə universitetlərarası əməkdaşlıq attaşesi Fransız-Amerikan Menecmentlik Mərkəzi, Erasmus təqaüd proqramı və Fransada ali təhsil haqqında təqdimat edib. Fransada üç istiqamətli təhsil sistemi olduğunu bildirən qonaq klassik peşəyönümlü ali təhsil sistemi barədə məlumat verib. Fransada bakalavr təhsilinin 3 il, magistr və doktorantura təhsilinin isə 2 il müddətində olduğu vurğulanıb. Fransanın dünyada təhsil haqqı ən az ödənən ölkələrdən olduğu diqqətə çatdırılıb.

Növbəti gün universitetdə Campus France stendi qurulub, tələbələrə təhsil və təqaüd proqramları ilə bağlı təbliğat materialları paylanılıb. İkili fransız-azərbaycan diplomu fransız ali təhsil dinamizminin bir göstəricisi olduğunu qeyd edən qonaq proqramın Aİ ölkələrindən olmayan tələbələr üçün nəzərdə tutulmadığını bildirib. Bütün tələbələrə uyğunlaşdırılmış yüksək səviyyəli ali təhsil sistemi, dünya ölkələri arasında güclü iqtisadiyyat, Avropanın mərkəzində həyat səviyyəsi, beynəlxalq dil olan fransız dili, xarici tələbələri qəbul siyasəti olan ölkə kimi fransız təhsilinin üstünlükləri vurğulanıb. Tələbələrin Compus France saytı vasitəsilə distans təhsil haqqında məlumat ala biləcəkləri də bildirilib.

Sonda suallar cavablandırılıb.

Səadət Əliyeva

NDU-nun Televiziya,

mətbuat və ictimaiyyətlə əlaqələr bölməsinin müdiri

Bir cavab yazın

Please enter your comment!
Please enter your name here