Ev İdman “Formula-1” üzrə Azərbaycan Qran-prisinin Marşal Proqramı üçün qeydiyyat prosesi başlayıb

“Formula-1” üzrə Azərbaycan Qran-prisinin Marşal Proqramı üçün qeydiyyat prosesi başlayıb

62
0
PAYLAŞ

Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) tərkibində fəaliyyət göstərən Bakı Marşal Klubu (BMK) “Formula-1” üzrə Azərbaycan Qran-prisinin Marşal Proqramı üçün qeydiyyat prosesinə başlayıb.

 Naxcivanxeberleri.com bildirir ki, BŞH-ın Mətbuat xidmətindən verilən məlumata görə, idman tədbirinin uğurla baş tutmasında birbaşa öz töhfəsini vermək istəyən və yaşayış yerindən asılı olmayaraq, yaşı 21-dən çox olan hər kəs Marşal Proqramına qoşula bilər.

Proqrama cəlb olunan marşallar 2019-cu ildə keçiriləcək “Formula-1” üzrə Azərbaycan Qran-prisinin əvəzolunmaz bir hissəsi olmaq, eyni zamanda “Formula-1” yarışının həyəcanını trekə ən yaxın yerdən yaşamaq imkanına sahib olacaqlar.

Qoşulmaq istəyənlər Marşal Proqramının Müraciət Sistemi (http://marshals.bakucitycircuit.com/#/login) vasitəsilə qeydiyyatdan keçə bilərlər.

“Formula-1” yarışını uğurla başa çatdıran hər bir marşala Azərbaycan Avtomobil Federasiyasının təqdim etdiyi, Beynəlxalq Avtomobil Federasiyası (FİA) tərəfindən təsdiq olunan beynəlxalq lisenziyalı sertifikat təqdim olunacaq. Beynəlxalq lisenziya marşallara, təkcə Azərbaycanda deyil, “Formula-1” Qran-prisinə ev sahibliyi edən digər ölkələrdə keçiriləcək yarışlara qatılmaq hüququ verəcək.

Maraqlanan şəxslər Bakı Marşal Klubunun rəsmi saytından http://bakumarshalsclub.az və rəsmi “Facebook” səhifəsindən Marşal Proqramı haqqında daha ətraflı məlumat əldə edə bilərlər. Onlar həmçinin klubun “Facebook” səhifəsinə məktub yazaraq marşal fəaliyyəti barəsində bütün suallara cavab tapa bilərlər.

Qeyd edək ki, Azərbaycan Qran-prisi aprelin 26-28-də keçiriləcək.

Bir cavab yazın

Please enter your comment!
Please enter your name here