Ev Aktual FHN tərəfindən maarifləndirici tədbir keçirilib – ƏTRFALI

FHN tərəfindən maarifləndirici tədbir keçirilib – ƏTRFALI

275
0
PAYLAŞ

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin mülki müdafiə işinin təşkili şöbəsinin əməkdaşları Naxçıvan Müəllimlər İnstitutunun bütün ixtisasları üzrə 1-ci kurs tələbələri və müəllim heyəti ilə “Ali təhsil müəssisələrində mülki müdafiənin tədrisinə diqqət artırılmalıdır” mövzusunda maarifləndirici tədbir keçirilib.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən naxcivanxeberleri.com-a verilən məlumata görə , tədbirin keçirilməsində əsas məqsəd valideyn nəzarətindən kənarda təhsil alan gənc tələbələrin payız-qış mövsümünü təhlükəsiz keçirməsi üçün məişətdə istifadə olunan qaz təsərrüfatı və elektrik cihazlarından düzgün istifadə və istismar qaydalarını, təbii və texnogen xarakterli fövqəladə hallar zamanı fəaliyyətin təşkili, mühafizə üsulları qaydalarını öyrətmək olub.

Tədbiri giriş sözü ilə açan Naxçıvan Müəllimlər İnstitutunun Tədris işləri üzrə prorektoru, pedaqogika üzrə elmlər doktoru, dosent Kamal Camalov müstəqil həyata qədəm qoyan gənc tələbərimizlə bu cür söhbətlərin aparılmasının əhəmiyyətindən danışıb və
Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarına gənc tələbələr və Naxçıvan Müəllimlər İnstitutunun çoxsaylı kollektivi adından minnətdarlığını bildirmiş, bu cür maarifləndirici tədbirlərin mütəmadi olaraq davam etdirilməsinin vacibliyini vurğulayıb.

Sonra Nахçıvаn Muхtаr Rеspublikаsı Fövqəlаdə Hаllаr Nаzirliyinin mülki müdаfiə işinin təşkili şöbəsinin rəisi polkovnik Emin Qasımov fövqəladə halar zamanı ali təhsil müəssisələrində fəaliyyət qaydaları haqqında ətraflı məlumat verib.

Fövqəlаdə Hаllаr Nаzirliyinin mülki müdаfiə işinin təşkili şöbəsinin əhаlinin mülki müdаfiə və fövqəladə hallara hazırlığı bölməsinin mülki müdafiə qüvvələrinin hazırlığı üzrə baş məsləhətçisi Azadə Cəfərova fövqəladə halların psixoloji aspektləri, qaz təsərrüfatı, düzgün quraşdırılması və istismarı qaydaları, dəm qazı ondan mühafizə üsulları, Fövqəlаdə Hаllаr Nаzirliyinin mülki müdаfiə
işinin təşkili şöbəsinin əhаlinin mülki müdаfiə və fövqəladə hallara hazırlığı bölməsinin mülki müdafiə qüvvələrinin hazırlığı üzrə baş məsləhətçisi Afaq Alməmmədova isə radioaktiv, kimyəvi və bakterioloji zəhərlənmələr zamanı mühafizə tədbirləri, fərdi mühafizə vasitələri və onlardan istifadə qaydaları haqqında dinləyicilərə ətraflı məlumat verib.

Tədbir institut rəhbərliyi və tələbələr tərəfindən rəğbətlə qarşılanıb, verilən töhfələr lazımınca qiymətləndirilib.

Sonda iştirakçılara mövzu ilə bağlı videoçarxlar təqdim olunub və verilən suallar ətraflı şəkildə cavablandırılıb.

Bir cavab yazın

Please enter your comment!
Please enter your name here