Ev Cəmiyyət FHN bu dəfə Naxçıvan Dövlət Universitetində konfrans keçirib

FHN bu dəfə Naxçıvan Dövlət Universitetində konfrans keçirib

152
0
PAYLAŞ

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin mülki müdafiə işinin təşkili şöbəsinin əməkdaşları Naxçıvan Dövlət Universitetinin tələbə və müəllim heyəti ilə “Ali təhsil müəssisələrində mülki müdafiə işinin təşkili müasir tələblərə cavab verməlidir” mövzusunda konfrans keçiriblər.

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən Naxcivanxeberleri.com-a verilən məlumata görə, konfransın keçirilməsində əsas məqsəd valideyn nəzarətindən kənarda təhsil alan gənc tələbələrin payız-qış mövsümünü təhlükəsiz keçirməsi üçün məişətdə istifadə olunan qaz təsərrüfatı və elektrik cihazlarından düzgün istifadə və istismar qaydalarını öyrətmək, Naxçıvan Dövlət Universitetində mülki müdafiə işinin təşkili vəziyyətini araşdırmaq, bu sahədə görülən işlərin müasir tələblərə cavab verməsinə nail olmaq, mülki müdafiə və tibbi biliklərin əsaslarının tələbələrə öyrədilməsində universitetin çağırışaqədərki hazırlıq və mülki müdafiə kafedrasının rolunu artırmaq olub.

Konfransı giriş sözü ilə açan Naxçıvan Dövlət Universitetinin Mülki müdafiə kafedrasının müdiri Oqtay Rzayev müstəqil həyata qədəm qoyan gənc tələbərimizlə bu cür söhbətlərin aparılmasının əhəmiyyətindən danışıb və Fövqəladə Hallar Nazirliyinin
əməkdaşlarına gənc tələbələr və Naxçıvan Dövlət Universitetinin çoxsaylı kollektivi adından minnətdarlığını bildirib, bu cür maarifləndirici tədbirlərin mütəmadi olaraq davam etdirilməsinin vacibliyini vurğulayıb.

Sonra Nахçıvаn Muхtаr Rеspublikаsı Fövqəlаdə Hаllаr Nаzirliyinin mülki müdаfiə işinin təşkili şöbəsinin rəisi polkovnik Emin Qasımov “ali təhsil müəssisələrində mülki müdаfiə işinin təşkili müasir tələblərə cavab verməlidir” mövzusunda tələbə və müəllim heyətinə məlumat verib. Fövqəlаdə Hаllаr Nаzirliyinin mülki müdаfiə işinin təşkili şöbəsinin əhаlinin mülki müdаfiə və fövqəladə hallara hazırlığı bölməsinin mülki müdafiə qüvvələrinin
hazırlığı üzrə baş məsləhətçisi Azadə Cəfərova fövqəladə halların psixoloji aspektləri, qaz təsərrüfatı, düzgün quraşdırılması və istismarı qaydaları, dəm qazı ondan mühafizə üsulları, Fövqəlаdə Hаllаr Nаzirliyinin mülki müdаfiə işinin təşkili şöbəsinin əhаlinin mülki müdаfiə və fövqəladə hallara hazırlığı bölməsinin mülki müdafiə qüvvələrinin hazırlığı üzrə baş məsləhətçisi Afaq Alməmmədova isə radioaktiv, kimyəvi və bakterioloji zəhərlənmələr zamanı mühafizə tədbirləri, fərdi mühafizə vasitələri və onlardan istifadə qaydaları haqqında dinləyicilərə ətraflı məlumat veriblər. Fövqəlаdə Hаllаr Nаzirliyinin mülki müdаfiə işinin təşkili şöbəsinin əhаlinin mülki müdаfiə və fövqəladə hallara hazırlığı bölməsinin əhalinin maarifləndirilməsi və metodiki yardımın təşkili üzrə baş məsləhətçisi Əbülfəz Qafarov ali təhsil müəssisələrində yanğın təhlükəsizliyi qaydaları, ilkin yanğınsöndürmə vasitələrində istifadə qaydaları və istifadə etdiyimiz məişət elektrik cihazlarının təhlükəsiz istismarı haqqında
dinləyicilərə məlumat verib.

Tədbir universitet rəhbərliyi və tələbələr tərəfindən rəğbətlə qarşılanıb, verilən töhfələr lazımınca qiymətləndirilib.

Sonda iştirakçılara mövzu ilə bağlı videoçarxlar təqdim olunub və verilən suallar ətraflı şəkildə cavablandırılıb.

Bir cavab yazın

Please enter your comment!
Please enter your name here