Ev İdman FHN əməkdaşı Avropa çempionatında ikinci yeri tutdu

FHN əməkdaşı Avropa çempionatında ikinci yeri tutdu

125
0
PAYLAŞ

Ruminiyanın paytaxtı Buxarestdə 25-27 oktyabr tarixlərində Kempo-karate döyüş növü üzrə Avropa çempionatı keçirilib. 

Naxcivanxeberleri.com xəbər verir ki, həmin çempionatda Azərbaycanı təmsil edən FHN Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşı Rüstəm Müslümov 81 kq çəki dərəcəsində Avropa çempionatının gümüş medalını qazanıb.

Qeyd edək ki, R. Müslümov iki dəfə dünya mükafatçısıdır. O, eyni zamanda 20-21 oktyabrda keçirilmiş Avrasiya Çempionatında birinci yeri tutub.

Bir cavab yazın

Please enter your comment!
Please enter your name here