Ev İqtisadiyyat Famil Seyidov: “Ötən il Naxçıvanda dövlət maliyyə dəstəyi və özəl investisiya hesabına...

Famil Seyidov: “Ötən il Naxçıvanda dövlət maliyyə dəstəyi və özəl investisiya hesabına 60 istehsal və xidmət sahəsi istifadəyə verilib”

33
0
PAYLAŞ

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyində 2017-ci ilin yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş kollegiya iclası keçirilib.

NAXCİVANXEBERLERİ.COM Naxcivantv.az-a istinadən xəbər verir ki,  İqtisadiyyat naziri Famil Seyidov bildirib  ki, 30 dekabr 2017-ci il  tarixində beşinci çağırış Naxçıvan  Muxtar Respublikası Ali Məclisinin yeddinci sessiyası keçirilib,  sessiyada 2017-ci ildə  Naxçıvan  Muxtar Respublikasının sosial-iqtisadi inkişafı, əldə edilmiş nailiyyətlər müzakirə  edilib, qarşıya mühüm  vəzifələr qoyulub.

Famil Seyidov deyib ki, muxtar respublikada  həyata keçirilən tədbirlər nəticəsində iqtisadiyyatın dayanaqlılığı təmin edilib. Bunun nəticəsində  Ümumi Daxili Məhsul istehsalının  həcmi bir il öncəki dövrlə  müqayisədə artaraq 2 milyard 701 milyon 663 min manat olub.  Görülən işlərin nəticəsidir ki, bu gün muxtar respublikada  metallurgiya, maşınqayırma, kimya, mədənçıxarma, mebel, inşaat materiallarının  istehsalı, yüngül, yeyinti sənayesi təyinatlı 442 istehsal  müəssisəsi yaradılıb.

“Naxçıvan Muxtar Respublikasının  2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası ötən  ildə  də  nəticəsiz qalmayıb, muxtar  respublikada iqtisadiyyatın  bütün  sahələrində dövlət maliyyə və özəl investisiya hesabına 60 istehsal və  xidmət  sahəsi istifadəyə  verilib. Yerli istehsal sahələrinin  inkişafının nəticəsidir ki,  bu gün muxtar respublikada  368 növdə məhsul  istehsal  olunur. 344 növdə məhsula olan tələbatın  yerli imkanlar hesabına  ödənilməsi təmin  edilib.

Muxtar respublikanın  regionları üzrə  yerli  resurslardan  səmərəli istifadə  edilməsi, kəndlərdə dayanıqlı istehsal  sahələrinin  yaradılması və  məşğulluq səviyyəsinin  yüksəldilməsi məqsədilə  keçən  müdət ərzində  rayon  və  kəndlərdə 714 kənd  təsərrüfatı təyinatlı istehsal  və xidmət sahələri  yaradılıb.

Muxtar respublikanın kəndlərində  müasir  infrastrukturun  yaradılması,  istehsal  olunan məhsulların  sərbəst bazara  çıxarmaq imkanları  və  göstərilən  maliyyə  dəstəyi ailə təsərrüfatlarının  inkişafı üçün  əlverişli şərait yaradıb.   Bu məqsədlə ötən ildə 13 təsərrüfata 243 min  manat  dövlət maliyyə dəstəyi göstərilib.  Aqrar sektorun inkişafında ailə təsərrüfatlarının mühüm rolu nəzərə alınaraq ilk dəfə olaraq 2017-ci ildə muxtar respublikada “Ailə təsərrüfatı məhsulları” festivalı keçirilib, festival  çərçivəsində 68 min manat dəyərində 11 min ədəd qablaşdırılmış məhsulların satışı həyata keçirilib. Ailə təsərrüfatlarının  fəaliyyətinin  stimullaşdırılması məqsədilə  “Naxçıvan Məhsulları” MMC  tərəfindən 386 ailə təsərrüfatının 214 min manat dəyərində məhsulu  satın alınıb.

İclasda qeyd olunub ki, “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafına dair  Dövlət Proqramı”nın  uğurlu icrası məhsul istehsalının həcmini  əhəmiyyətli dərəcədə artırıb. Ötən il  soyuducu anbarlara 4 min 226 ton məhsul tədarük edilib, istixana təsərrüfatlarında 622 ton tərəvəz məhsulları  yetişdirilərək bazarlara çıxarılıb.  Davamlı keçirilən kənd təsərrüfatı və emal məhsulları yarmarkalarında 2 min 772 ton məhsulun  satışı təşkil edilib.  2017-ci ildə  Sahibkarlığa Kömək Fondu tərəfindən müvəkkil kredit təşkilatları vasitəsilə sənaye, kənd təsərrüfatı və xidmət sahələri olmaqla ümumilikdə 25 layihənin  maliyələşməsinə 1 milyon 978 min manat  kredit ayrılıb. 2000-ci ildən ötən müddət ərzində  fond tərəfindən ümumilikdə  1244 layihənin maliyyələşdirilməsinə 136 milyon 182 min manatdan çox  vəsait yönləndirilib.

Muxtar respublikada fəaliyyət göstərən və istehsalını tamamilə dayandırmış və ya  tam gücü ilə işləməyən  25 müəssisədə monitorinqlər aparılıb. Ötən dövrdə 6 istehsal sahəsinin fəaliyyəti  bərpa  olunub.

Vurğulanıb ki, 2017-ci ildə görülən işlər və əldə olunan nailiyyətlərlə yanaşı bir sıra nöqsanlar da olub.  Nazirliyin  investisiyaların təşviqi və ixraca dəstək, sənaye şöbələri, Sahibkarlığa Kömək Fondu, Naxçıvan Məhsulları və Naxçıvan Biznes Mərkəzi Məhdud  Məsuliyyətli Cəmiyyətləri fəaliyyətlərində ciddi nöqsanlara  yol verib. 2018-ci ildə bu nöqsanların aradan qaldırılması istiqamətində  müvafiq tapşırıqlar verilib.

Məruzə ətrafında  Sahibkarlığa Kömək Fondunun  icraçı direktoru Seymur Cəfərov, sənaye şöbəsinin müdiri Elnur Mahmudov, rəqabətin qorunması və istehlakçıların hüquqlarının müdafiəsi şöbəsinin müdiri Vaqif Rzayev, investisiyaların  təşfiqi və ixraca dəstək  şöbəsinin müdiri Emin Zeynalov çıxış edərək görülən işlər barədə məlumat veriblər.

Nazirliyin aparat rəhbəri Anar Cəfərov iqtisadiyyat nazirliyinin qarşısında qoyulmuş vəzifələrə müvafiq təsdiq olunmuş “İcra Planları”nın icra vəziyyəti haqqında  məlumat verib.

İclasda  nazirliyin  2018-ci il üçün “İş planları” təsdiq edilib.

Bir cavab yazın

Please enter your comment!
Please enter your name here