Ev IKT “Facebook”da daha bir yenilik

“Facebook”da daha bir yenilik

82
0
PAYLAŞ

“Facebook” şirkəti yeni “Messenger Kids” proqramını istifadəyə verir. Yeni əlavə valideynlərə uşaqların kiminlə ünsiyyət qurmasına nəzarət etmək imkanı yaradır.

NAXCİVANXEBERLERİ.COM-un xəbərinə görə, bu barədə sosial şəbəkənin saytında dərc edilmiş məlumatda deyilir.

“Bu gün təqdim etdiyimiz əlavə vasitəsi ilə uşaqlar təhlükəsiz şəkildə öz ailələri və dostları ilə ünsiyyət qura biləcək”, – şirkətin məlumatında qeyd olunur.

“Messenger Kids” proqramı valideynlərin səhifəsi vasitəsilə nəzarət olunur. Bununla da uşaqlar yalnız valideynlər tərəfindən təsdiq edilmiş şəxslərlə əlaqə qura biləcək.

Yeni əlavədə reklam yerləşdirilməyəcək.

Bir cavab yazın

Please enter your comment!
Please enter your name here