Ev Dünya Ermənistanın keçmiş baş nazirinin qardaşı qanunsuz odlu silah saxladığı üçün həbs edilib

Ermənistanın keçmiş baş nazirinin qardaşı qanunsuz odlu silah saxladığı üçün həbs edilib

83
0
PAYLAŞ

Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin (MTX) 2008-ci il martın 1-dən 2-nə keçən gecə baş verən hadisələrlə bağlı apardığı cinayət işi çərçivəsində keçirilən əməliyyat-kəşfiyyat fəaliyyəti nəticəsində keçmiş baş nazir Hovik Abrahamyana məxsus xeyli sayda silah və döyüş sursatı Ararat şəhərində, Ambik Qevorqiyanın Mxçyan keçmiş mexaniki təmir-bərpa zavodunda qanunsuz saxlanılması məlum olub.

Naxcivanxeberleri.com Ermənistan KİV-lərinə istinadla xəbər verir ki, MTX-nin mətbuat mərkəzinin məlumatına görə, qanunsuz saxlanılan silah və döyüş sursatları, o cümlədən 3 pulemyot, “AK-74” markalı 7 avtomat, 2 ədəd “SVD” snayper, müxtəlif tipli 3 tüfəng, digər silahlar və müxtəlif çaplı xeyli sursat 2018-ci il avqustun 6-da və 7-də Xidmətin əməkdaşları və polis tərəfindən aşkarlanaraq götürülüb.

Hadisə ilə bağlı Ambik Qevorqyan və Hovik Abrahamyanın qardaşı Henrik Abrahamyan qanunsuz odlu silah və döyüş sursatlarının saxlanılması ilə əlaqədar şübhəli şəxs qismində həbs olunublar. İlkin istintaq davam etdirilir.

Bir cavab yazın

Please enter your comment!
Please enter your name here