Ev Köşə yazarları ERMƏNİSTANI TEROR DÖVLƏTİ ADLANDIRAN XARİCİ JURNALİST

ERMƏNİSTANI TEROR DÖVLƏTİ ADLANDIRAN XARİCİ JURNALİST

131
0
PAYLAŞ

Naxçıvan Muxtar Respublikası 1992–ci ildə Ermənistan tərəfindən salındığı blokadanı çoxdan yarıb. Təbii ki, informasiya blokadasını nəzərdə tuturam. Artıq Nuhun yurdu indi dünyanın gözü qarşındadır. Beynəlxalq aləmə inteqrasiya edən muxtar respublikanın qapıları dünyanın müxtəlif ölkələrindən xoş niyyətlə gələn turistlər, rəsmi qonaqlar, iş adamlarının üzünə açıqdır. Bu günlərdə Naxçıvanda səfərdə olan Amerikalı jurnalist, tədqiqatçı Piter Teys ilə maraqlı bir görüşümüz oldu. Peter Tase Naxçıvan həqiqətlərini, onun tarixi abidələrini bütün dünyaya çatdırılması istiqamətində çox işlər görüb. ABŞ mətbuatında Azərbaycan haqqında yazdığı 150 dən artıq məqalənin 100-dən çoxu Naxçıvan haqqındadır. Peşəkar jurnalist bu dəfə gənc jurnalistlərlə həmsöhbət oldu.

Jurnalistlərdən biri Teysdən “Naxçıvan haqqında yazılan məqalələrə ermənilər qısqanclıqla yanaşmır ki?” –deyə soruşdu. Cavab isə belə oldu: “ Mən bu fikri bir dəfə də demişəm. Nə qədər təhdid olsa da həqiqəti həmişə deyəcəm. Çünki, Ermənistan teror dövləti, onun əsgərləri isə terroristlərdir.” Ermənistanın teror dövləti olduğunu bu fikir ilə təkcə Piter Teys təsdiqləmir, bunu onun təmsil etdiyi Amerikanın nüfuzlu mətbuat orqanları təsdiqləyir. Həqiqət budur və gərək onun gözünə dik baxa biləsən. Əslində Teysdən aldığım başqa bir cavab illərdir beynimdə dolaşan sualın cavabı idi. Həmkarlarımızdan biri amerikalı qonaqdan soruşduki, sizcə Naxçıvanda çatışmayan nəsə varmı? O isə: “ -Mən buranı Amerikanın Miçiqanına bənzədərək kəşf etdim. Burada rahat yollar, günü-gündən inkişaf edən infrastruktur, firavanlıq, təmiz hava, uşaqlar, gənclər, qocaların asudə vaxtlarının səmərəli keçməsi üçün yaradılan obyektlər var. Qonşu ölkələrinə enerji belə ixrac edən bir məkanda siz başqa nəyi istəyirsiniz” -deyərək bizim fikrimizə gülümsündü. Yeri gəlmişkən, ötən günlərdə Naxçıvan Beynəlxalq Hava limanına Azal şirkəti tərəfindən ezam edilən bir mütəxəsislə həmsöhbət oldum. Kelly Anderson adlı İT mütəxəsisi ABŞ-nın Texas ştatından idi. Bir neçə gün Naxçıvanın turizm obyektlərini və kəndlərini gəzmişdi. Təəsüratlarını gizlədə bilmədi. Kelly dedi ki: “Naxçıvan şərq nağıllarındakı sakit bir məkana bənzəyir. Bu məkanda firavanlıq və xoşbəxtlik var.” Daha bir xarici qonağın fikri digəri ilə üst-üstə düşürdü. Piter Teys Naxçıvanda yaşamağın gözəlliyini yeddi mərhələdə qeyd etdi. Bu barədə o məqalələrinin birində yazıb. Həqiqəti sevənlər bu məqaləni tapıb oxuya bilər. Bizim üzərimizə düşən isə Piter Teysin məqalələrini paylaşıb oxumaqdır. Çünki adam əsl həqiqət aşiqidir. Nuh peyğəmbərə qucaq açan, bəşəriyyətin ikinci məskəni, qadın şərəfinə ilk abidənin ucaldığı bir məkan Piter Teysin gözündə müqəddəsdir… Əgər uzaq Amerikadan gələn qonaqlar bu diyarı sevirsə onda özümüz niyə onu sevməyək? Naxçıvanı vicdanla sevək və qoruyaq… Bura müqəddəsdir! Naxçıvana gələn daha bir qonaq- Aqil Abbas demişkən: “Mən getdim Suriyadakı müqəddəs torpaqları, Məkkəni, Mədinəni gəzdim oraların torpaqlarının rəngi qırmızı idi. Dünyada ikinci bir yerdə qırmızı torpaq gördüm–oda NƏQŞİCAHANDA!”

Mətin Kamal

Naxçıvanın səsi radiosunun əməkdaşı

Bir cavab yazın

Please enter your comment!
Please enter your name here