Ev Hərbi Ermənistandan Qarabağa gələn hərbi avtomobil aşdı: Ölən və yaralananlar var

Ermənistandan Qarabağa gələn hərbi avtomobil aşdı: Ölən və yaralananlar var

106
0
PAYLAŞ
Ermənistan Müdafiə Nazirliyinə məxsus yük avtomobili qəzaya düşüb.
Naxcivanxeberleri.com “shyamshyan.com” saytına istinadən xəbər verir ki, bu gün saat 12:00 radələrində Ermənistan Müdafiə Nazirliyinə məxsus “Kamaz” markalı avtomobil Gorusdan Qubadlı istiqamətinə hərəkət edərkən (yolun 39-cu km-də) qəzaya düşüb.

Məlumata görə, hərbi qulluqçulardan 2-si hadisə yerində ölüb, 1 hərbi qulluqçu təxliyyə edilərkən, 1 hərbi qulluqçu isə hospitalda ölüb. Ölən və yaralanan hərbi qulluqçuların adları dəqiqləşdirilir.

Hazırda müdafiə nazirliyinin, hərbi polisin və aidiyyəti ordu korpusunun nümayəndələri hadisə yerindədirlər.

Bir cavab yazın

Please enter your comment!
Please enter your name here