Ev Dünya Ermənistanda fövqəladə vəziyyət elan edilə bilər

Ermənistanda fövqəladə vəziyyət elan edilə bilər

225
0
PAYLAŞ

Ermənistan müdafiə naziri Viqen Sarkisyan hesab edir ki, Yerevandakı etiraz aksiyaları ilə əlaqədar ölkə rəhbərliyinin fövqəladə vəziyyət elan etməsinə ehtiyac qalmayacaq.

Bununla bağlı erməni nazir mətbuat konfransında məlumat verib.

“Bizim arzumuz, inanıram ki, bütün soydaşlarımızın istəyi bundan ibarətdir ki, fövqəladə vəziyyət rejiminin tətbiqinə ehtiyac qalmasın. Nə indi, nə də gələcəkdə buna ehtiyac olmasın. Qanunvericilikdə göstərilib ki, bu zərurət yarana bilər.”, – o deyib.

Qeyd edək ki, Ermənistanda Serj Sarkisyanın baş nazir olmasına etiraz əlaməti olaraq aksiyalar aprelin 13-dən başlayıb. Aprelin 17-dən isə müxalifət Məxməri İnqilabın başlandığını elan edib.(oxu.az)

Bir cavab yazın

Please enter your comment!
Please enter your name here