SON DƏQİQƏ

naxcivanxeberleri.com

“Naxçıvan” Universitetinin əməkdaşları konfransda iştirak edib

“Naxçıvan” Universitetinin  əməkdaşları konfransda iştirak  edib
6-12-2018, 21:58 181 dəfə baxılıb

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, Azərbaycan Respublikası Təhsil Nazirliyi və Bakı Mühəndislik Universitetinin birgə təşkilatçılığı ilə “I Beynəlxalq Elm və Texnologiya” mövzusunda konfransı keçirilib. Konfransda Azərbaycan və dünyanın bir sıra dövlətlərinin ali təhsil müəssisələrində elm adamları və mütəxəssislər iştirak edib. Konfransda “Naxçıvan” Universitetini “Riyaziyyat və İnformatika” kafedrasının müəllimləri Nigar Nağıyeva və Şamil Hümbətov layiqincə təmsil etmiş, maraqlı məqalələri ilə çıxış etmişlər. Məlumat üçün qeyd edək ki, konfransda 10 ölkədən tərtibat qaydalarına uyğun 100-dən çox məqalə qəbul edilib. Konfransın açılış mərasimində BMU-nun rektoru, professor Havar Məmmədov çıxış edərək qonaqları salamlayıb və konfransın işinə uğurlar arzulayıb. Bildirilib ki, bu kimi konfransların keçirilməsi ali təhsil müəssisələrində elmi mühitin formalaşmasında və yüksək ixtisaslı kadr hazırlığındakı rolu danılmazdır.

Konfransın plenar iclasında isə Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü akademik Vaqif Abbasov, ABŞ Florida Atlantik Universitetinin professorları İsaak Elishakof, Natalya Vaysfeld və Natiq Əhmədov məruzə ilə çıxış ediblər. Konfransın işi plenar və seksiya iclaslarında azərbaycan, ingilis və rus dillərində davam edib.

Qeyd edək ki, konfrans ali məktəb elmi işçiləri və müəllimlərin, mühəndis və texniki elmlər sahəsində çalışan mütəxəssislərin, doktorontların,aspirantların öz elmi-praktik işlərinin nəticələrini bölüşmək və müzakirə etmək məqsədilə təşkil edilib.

Nuray ƏSGƏROVA
“Naxçıvan” Universitetinin  əməkdaşları konfransda iştirak  edib
“Naxçıvan” Universitetinin  əməkdaşları konfransda iştirak  edib


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
KÖŞƏ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ