Ev Regionlar “Duzdağ” Fizioterapiya Mərkəzinə ekskursiya

“Duzdağ” Fizioterapiya Mərkəzinə ekskursiya

183
0
PAYLAŞ

“Naxçıvanı tanıyaq” devizi altında bir qrup gəncin Naxçıvan şəhərindən 14 kilometr məsafədə yerləşən “Duzdağ” Fizioterapiya Mərkəzinə ekskursiyası təşkil olunub.

Tədbirdə Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin əməkdaşı Tahir Məmmədli çıxış edərək, belə ekskursiyaların təşkilində məqsədin muxtar respublikanın tarixi abidələrini və turizm məkanlarını tanıtmaq, həmin məkanlar haqqında məlumatların və çəkilmiş fotoşəkillərin müxtəlif xarici dillərdə sosial şəbəkələrdə paylaşılmasında gənclərin fəallığını artırmaq olduğunu bildirib.

Sonra Duzdağ Fizioterapiya Mərkəzinin baş həkimi Zülfiyyə Həsənova gənclərə mərkəz haqqında məlumat verib. Qeyd olunub ki, Duzdağın ehtiyatları 90 milyon tondan çoxdur. Buradan çıxarılan duz təkcə yüksək keyfiyyəti ilə deyil, həm də unikal şəfaverici, müalicəvi xüsusiyyətinə görə fərqlənir. Duzdağ Fizioterapiya Mərkəzində tənəffüs yollarının qeyri-spesifik xəstəlikləri, allergiya, xüsusilə bronxial astmadan əziyyət çəkənlər müalicə olunur.

Xəstəxananın yeraltı şöbəsində ən müasir tələblərə uyğun olaraq yenidənqurma işləri aparılıb, yeraltı şöbə genişləndirilib, müasir avadanlıqlarla və ləvazimatlarla təmin olunub.

Sonra gənclər mərkəzlə yaxından tanış olub, onları maraqlandıran suallar cavablandırılıb.(azertac)

Bir cavab yazın

Please enter your comment!
Please enter your name here