Ev Rəsmi Xronika Duzdağ Fizioterapiya Mərkəzi yenidən təşkil olunur- SƏRƏNCAM

Duzdağ Fizioterapiya Mərkəzi yenidən təşkil olunur- SƏRƏNCAM

529
0
PAYLAŞ

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov dekabrın 21-də Duzdağ Fizioterapiya Mərkəzinin yenidən təşkili haqqında sərəncam imzalayıb.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə Sərəncamda deyilir:

“Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin  II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Duzdağ Fizioterapiya Mərkəzinə publik hüquqi şəxs statusu verilsin.

2. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti:

2.1. bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan publik hüquqi şəxsin nizamnaməsini təsdiq etsin;

2.2. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin təklifləri nəzərə alınmaqla Duzdağ Fizioterapiya Mərkəzinin istifadəsində olan əmlak və avadanlıqların bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan publik hüquqi şəxsin balansına verilməsini təmin etsin.

3. Naxçıvan Muxtar Respublikasının Vergilər Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan publik hüquqi şəxsin dövlət qeydiyyatına alınması ilə bağlı zəruri tədbirlər görsün.

4. Bu Sərəncam 2018-ci il yanvarın 1-dən qüvvəyə minir”.

Bir cavab yazın

Please enter your comment!
Please enter your name here