Ev Dünya Dünyanın ən bahalı qırıcılarının uçuşları dayandırıldı

Dünyanın ən bahalı qırıcılarının uçuşları dayandırıldı

138
0
PAYLAŞ

Pentaqon beşinci nəsil F-35 qırıcılarının uçuşlarının dayandırılması haqqında göstəriş verib.

Naxcivanxeberleri.com xəbər verir ki, səbəblərdən biri kimi təyyarələrin yanacaq sistemində nasazlığın mümkünlüyü göstərilir.

Bu üzdən də ABŞ ordusunda olan, habelə digər orduların istifadəsində olan F-35 qırıcılarının hamısı yoxlanılacaq.

Yoxlanmanın 1-2 günə yekunlaşacağı bildirilir.

Qeyd edək ki, müvafiq qərarın qəbuluna sentyabrın 28-də ABŞ-da F-35B qırıcısının qəzaya uğraması səbəb olub.

Lockheed Martin F-35 Lightning II qırıcılarının yaradılması proqramı silah istehsalı tarixinə ən bahalı proqram kimi düşüb. ABŞ bu proqramın icrasına 1,5 trilyon dollar vəsait xərcləyib.

Bir cavab yazın

Please enter your comment!
Please enter your name here