SON DƏQİQƏ

naxcivanxeberleri.com

Ağır depressiyaları belə artıq bu üsulla müalicə etmək mümkündür - ARAŞDIRMA

Ağır depressiyaları belə artıq bu üsulla müalicə etmək mümkündür - ARAŞDIRMA
9-01-2019, 21:46 197 dəfə baxılıb

Britaniyalı alimlər müəyyən ediblər ki, ən ağır depressiyaları belə musiqi ilə müalicə etmək mümkündür.

Almlərin sözlərinə görə, digər sahələrdə çalışan insanlarla müqayisədə, musiqi ilə bu və ya digər şəkildə əlaqəli olan kollektivlərdə çalışan insanların 96 faizi özlərini daha xoşbəxt və sakit hiss edir.

Bununla bağlı məlumatı “Daily Mail” məlumat yayıb.

Lester Universitetinin araşdırmaçıları müəyyən ediblər ki, iş yerində musiqiyə qulaq asmaq və nəğmə söyləmək insanların özlərini daha az təcrid olunmuş hiss etməsinə və kollektivdəki gərginliyi azaltmağa kömək edir.

Alimlər qeyd edirlər ki, müxtəlif musiqi improvizasiyaları ilə məşğul olan əməkdaşların mütəmadi olaraq mükafatlandırılması işin məhsuldarlığının yüksəldilməsinə və kadr itkisinin azalmasına imkan verəcək.

Alimlər qeyd edirlər ki, yüksək sosiallaşma bir çox ofis işçisini psixoloqa müraciət etməkdən xilas etməyə və ağır depressiya formalarının yaranma riskini azaltmağa imkan verir.

Səriyyə Alməmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ocak 2019    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031