Ev Regionlar Dövlət Qulluğu Məsələləri üzrə Komissiyada 2017 ci ilin yekunları və qarşıda duran...

Dövlət Qulluğu Məsələləri üzrə Komissiyada 2017 ci ilin yekunları və qarşıda duran vəzifələr müzakirə olunub

27
0
PAYLAŞ

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyada 2017 ci ilin yekunlarına və 2018 ci ildə qarşıda duran vəzifələrə həsr olunan iclas keçirilib.

Komissiyanın sədri İsmayıl Qəribli bildirib ki, ötən il dövlət qulluğuna dair qanunvericiliyin dövlət orqanlarında tətbiqinə nəzarət edilib, 6 dövlət orqanının qanunvericiliyə uyğun olmayan 12 qərarı ləğv etdirilib. Dövlət orqanlarında 642 vakant vəzifənin tutulması məqsədilə elan olunmuş müsabiqədə 722 namizəddən 389-u müvəfəqiyyət qazanıb. Onlardan 167-si vakant vəzifələrə təyin olunub. Ötən il komissyada 64 namizəd tərəfindən vakant vəzifələrinin tutulması üçün test imtahanları keçirilib, onlardan 22 nəfəri müvəffəqiyyət qazanıb.

İsmayıl Qəribli vurğulayıb ki, hazırda dövlət orqanlarında 60 nəfər siyasi, 1936 nəfər inzibati və 525 nəfər yardımçı vəzifə tutur.  2017-ci il ərzində test imtahanlarında iştirak etmiş 866 nəfərə komissiya tərəfindən elektron xidmət göstərilib. 600 yeni test tapşırığı tərtib edilərək ekspertizadan keçirilib və test bankına daxil edilib.

İclasda qeyd olunub ki, müəllimlərin işə qəbulu, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin aparılması və dövlət qulluğunun  xüsusi növü üzrə test imtahanlarının keçirilməsi məqsədilə 8400 test sualının hazırlanması üçün müqavilə bağlanılıb. Yeni Əsasnaməyə uyğun olaraq komissiyada 56 nəfərin iştirakı ilə dövlət qulluğu və miqrasiya orqanlarında xidmətə qəbul üçün hazırlıq kursları təşkil edilib.

2017-ci ildə muxtar respublikanın 53 dövlət orqanı üzrə inzibati vəzifə tutan 1522 dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsi həyata keçirilib.

Məruzə ətrafında müzakirələrdə komissiyanın şöbə müdirləri Samiq Salayev, Mahir Abbasov və sektor müdiri Türkan Gülməmmədli çıxış ediblər.(Naxcivantv.az)

Bir cavab yazın

Please enter your comment!
Please enter your name here