Ev Regionlar Dövlət Miqrasiya Xidməti əcnəbilərlə bağlı tədbir keçirib

Dövlət Miqrasiya Xidməti əcnəbilərlə bağlı tədbir keçirib

441
0
PAYLAŞ

Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən “Duzdağ” oteldə mehmanxana nümayəndələrinin iştirakı ilə “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında müvəqqəti olması və qeydiyyat proseduru” mövzusunda maarifləndirici tədbir təşkil olunub.

Bildirilib ki, miqrantların rahatlığının təmin edilməsi məqsədilə sərhəd-buraxılış məntəqələrinin miqrasiya bölmələrində qeydiyyat sadələşmiş formada aparılır. Muxtar respublika ərazisində fəaliyyət göstərən mehmanxanalarla xidmət arasında yaradılmış “Elektron hökumət portalı” üzərindən aparılan elektron sənəd dövriyyəsinin də ölkəyə gələn əcnəbilərin qeydiyyata alınmasında böyük rolu vardır. “Elektron hökumət portalı”nın istifadəçisi olan Dövlət Miqrasiya Xidməti üçün konkret sahələr üzrə 9 xidmət növü müəyyənləşdirilib. Artıq bu sahələr xidmət tərəfindən avtomatlaşdırılıb, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, eyni zamanda Azərbaycan Respublikası vətəndaşlarının istifadəsinə verilib.

Tədbirdə Naxçıvan Muxtar Respublikasının turizm potensialı ilə bağlı videoçarx da nümayiş etdirilib.(Naxcivantv.az )

Bir cavab yazın

Please enter your comment!
Please enter your name here