Ev Təhsil Dövlət İmtahan Mərkəzində hazırlıq kurslarına aparılan qeydiyyatın müddəti uzadılıb

Dövlət İmtahan Mərkəzində hazırlıq kurslarına aparılan qeydiyyatın müddəti uzadılıb

113
0
PAYLAŞ

Yeni təhsil proqramı (kurikulum) əsasında qiymətləndirmə vasitələrinin işlənməsi və onların meyarlar əsasında yoxlanılmasına dair hazırlıq kurslarına qeydiyyat müddəti oktyabrın 15-i saat 14:00-dək uzadılıb.

Dövlət İmtahan Mərkəzindən (DİM) Naxcivanxeberleri.com-a bildirilib ki, hər fənn üzrə kursun müddəti iki aydır. Kurslar Bakıda, DİM-in Naxçıvan, Gəncə, Şəki, Lənkəran, Xaçmaz, Bərdə, Göyçay və Şirvan Regional bölmələrində təşkil ediləcək. Hazırlıq kurslarında fənn kurikulumlarına dair məlumatı olan müəllimlər, metodistlər və pedaqojiyönümlü ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin müvafiq fənn üzrə təhsil alan axırıncı kurs tələbələri və həmin müəssisələrdə təhsil alan magistrlər də iştirak edə bilərlər. Regional bölmələr üzrə hazırlıq kurslarının müddəti və cədvəli qruplar komplektləşdikdən sonra (1 qrupda 10 nəfər) elan ediləcək.

Hazırlıq kurslarında iştirak haqqının məbləği 100 manatdır. Kurslarda iştirak etmək istəyənlər DİM-in saytında “Şəxsi kabinet”lərini yaratmalıdırlar. Kabinet yaradılan zaman onun pul hesabı da açılır. Hesaba vəsait daxil etmək üçün müxtəlif ödəniş üsullarından (ətraflı məlumat payment.dim.gov.az saytında verilib) yararlanmaq olar. “Şəxsi kabinet” yaradıldıqdan və hesaba lazımi vəsait qoyulduqdan sonra “hazırlıq kurslarında iştirak etmək üçün elektron qeydiyyat”dan keçmək lazımdır.

Kursu müvəffəqiyyətlə başa vuran iştirakçıların şəxsi məlumatları DİM-in elektron “Məlumat bazası”na daxil edilir, onlara sertifikat verilir. Kursu müvəffəqiyyətlə bitirənlər müqavilə əsasında ekspert və ya marker kimi DİM ilə əməkdaşlığa cəlb oluna bilərlər.

Pedaqojiyönümlü ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin müvafiq fənn üzrə təhsil alan axırıncı kurs tələbələri və həmin müəssisələrdə təhsil alan magistrlər üçün hazırlıq kurslarında ilk iştirak ödənişsizdir. Kursda iştirak etmək istəyən şəxs ixtisasına uyğun fənn üzrə qeydiyyatdan keçə bilər. Bir neçə fənn üzrə qeydiyyatdan keçənlərin yalnız müvafiq fəndən qeydiyyatı nəzərə alınacaq.

Qeydiyyat zamanı anketin təsdiqlənməsi ilə bağlı çətinlik yaranarsa, həmin şəxslər təhsil haqqında sənəd və şəxsiyyəti təsdiq edən sənədin əslini gətirməklə DİM-in Abdulvahab Salamzadə 28 ünvanında yerləşən binasının 404-cü otağına müraciət edə bilərlər (telefon nömrəsi: 431-63-86/87/91 (daxili nömrə: 1-32)). Regional bölmələrin ünvanları və əlaqə vasitələri ilə bağlı məlumatı DİM-in internet səhifəsindən əldə etmək olar.

Yeni təhsil proqramları (kurikulumlar) əsasında buraxılış və qəbul imtahanlarında istifadəsi planlaşdırılan qiymətləndirmə vasitələrinin hazırlanması və onların meyarlar üzrə yoxlanılmasına dair DİM-də oktyabrın 17-dən fənlər üzrə hazırlıq kursları (yeni qruplar üçün) fəaliyyətini aşağıdakı qrafikə uyğun davam etdirəcək:

 Fənnin adı  Həftənin günü  Başlanma vaxtı
İngilis dili I   09 .00
 Azərbaycan dili I   15.00
Kimya II   09.00
Fizika III 09.00
Rus dili III 12.00
Biologiya IV 08.30
Tarix IV 12.30
Coğrafiya V 08.30
Riyaziyyat V 11.00

Bir cavab yazın

Please enter your comment!
Please enter your name here