Ev Dünya Donald Tramp: Kim Çen In ilə görüş çox yaxşı keçdi

Donald Tramp: Kim Çen In ilə görüş çox yaxşı keçdi

278
0
PAYLAŞ

ABŞ Prezidenti Donald Tramp Koreya Xalq Demokratik Respublikasının (KXDR) Dövlət Şurasının Sədri Kim Çen In ilə təkbətək görüşün çox yaxşı keçdiyini bildirib.

Naxcivanxeberleri.com Yonhap agentliyinə istinadla xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp qısa açıqlamasında böyük problemlərinin həllinə nail olacaqlarını deyib.

Qeyd edək ki, Sinqapurda KXDR lideri Kim Çen In ilə ABŞ Prezidenti Donald Tramp arasında təkbətək görüşdən sonra geniş tərkibdə danışıqlar başlayıb. Müzakirələrdə hər iki ölkə üçün aktual olan məsələlər – Birləşmiş Ştatlarla Şimali Koreya arasında yeni münasibətlərin qurulması, Koreya yarımadasında daimi sülhün əldə edilməsi, yarımadanın nüvə silahsızlaşdırılması prosesinin reallaşması diqqət mərkəzindədir.

Bir cavab yazın

Please enter your comment!
Please enter your name here