Ev Təhsil Məktəblərdə direktor müavinlərinin işə qəbulunda bəzi məhdudiyyətlər tətbiq ediləcək

Məktəblərdə direktor müavinlərinin işə qəbulunda bəzi məhdudiyyətlər tətbiq ediləcək

181
0
PAYLAŞ

Azərbaycanda orta məktəblərdə direktor müavinlərinin işə qəbulunda məhdudiyyətlər tətbiq ediləcək.

Naxcivanxeberleri.com Trend-ə istinadən xəbər verir ki, bunu Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir əvəzi Eşqi Bağırov deyib.

E.Bağırovun sözlərinə görə, direktor müavinlərinin işə qəbulu əvvəlki illərdə olduğu kimi bu il də yerli təhsl idarəetmə orqanlarının səlahiyyətinə aid olacaq:

“Sadəcə olaraq, bu məsələ ilə bağlı bəzi dəyişikliklər edilib. Dəyişiklik ondan ibarətdir ki, əvvəlki illərdə direktor müavinləri pedaqoji təcrübəsinə görə kənardan işə qəbul oluna bilirdisə, indi bu məsələdə məhdudiyyət müəyyən edilib”.

E.Bağırov bildirib ki, yalnız təhsil müəssisəsində çalışan müəllimlər vəzifədə irəli çəkilmək yolu ilə direktor müavini təyin olunacaqlar.

Nazirlik rəsmisi hesab edir ki, bu, müəllimlərin daha motivasiyalı işləməsinə səbəb olacaq.

Bir cavab yazın

Please enter your comment!
Please enter your name here