Ev Cəmiyyət “Dekor Qrup” MMC fövqaladə hallara tam hazırdırmı? – FHN-nin növbəti təlimi

“Dekor Qrup” MMC fövqaladə hallara tam hazırdırmı? – FHN-nin növbəti təlimi

92
0
PAYLAŞ
????????????????????????????????????

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin 2018-ci il üçün iş planına uyğun olaraq, noyabrın 8-də “Dekor Qrup” Məhdud Məsuliyyətli Cəmiyyətində “Yanğın təhlükəli obyektlərdə baş verə biləcək fövqəladə halların nəticələrinin aradan qaldırılması işinin təşkili” mövzusunda taktiki-xüsusi  təlim keçirilib.

Nazirliyin mətbuat xidmətindən naxcivanxeberleri.com-a verilən məlumata görə, təlimin keçirilməsinin məqsədi “Dekor Qrup” Məhdud Məsuliyyətli Cəmiyyətinin fövqəladə hallara hazırlıq vəziyyətinin yoxlanılması, istehsal sahələrinin dayanıqlı fəaliyyətinin təmin edilməsi, fövqəladə hallarda işçilərin və maddi
vəsaitlərin yanğından mühafizəsinin təşkili üzrə rəhbər heyətin və mülki müdafiə qüvvələrinin praktiki bacarığının təkmilləşdirilməsi, həmçinin Fövqəladə Hallar Nazirliyi və digər icra hakimiyyəti orqanları ilə qarşılıqlı əlaqədə fabrikdə şərti baş vermiş yanğınların söndürülməsinin təşkilindən ibarət olub.

Naxcivanxeberleri.com xəbər verir ki, təlimin planına uyğun olaraq birinci mərhələdə “Dekor Qrup” Məhdud
Məsuliyyətli Cəmiyyətinin fövqəladə hallarda fəaliyyət planının reallığı, mülki müdafiə qüvvə və vasitələrinin hazırlıq səviyyəsi yoxlanılıb, müəssisənin könüllü yanğınsöndürmə dəstəsinin şəxsi heyətindən “Tam döyüş açılışı” normativləri üzrə məqbullar qəbul edilib.

Təlimin ikinci mərhələsi isə istehsalat sahələrində şərti baş vermiş yanğınların qarşısının alınması və söndürülməsinə, yanğın zonasından işçilərin və maddi vəsaitlərin təxliyə (evakuasiya) edilməsinə, xəsarət alanların xilas edilməsi və onlara tibb məntəqəsində ilk tibbi və həkiməqədərki yardımın göstərilməsinə, yanğın zamanı işçilərin tüstüdən və digər zəhərli qazlardan qorunmasına, sexlərdə yarana biləcək kiçik yanğınların ilkin yanğınsöndürmə vasitələri ilə söndürülməsi işinin təşkilinə həsr
olunub.

Təlim zamanı “Dekor Qrup” Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbər heyətinin yarana biləcək situasiyanın qiymətləndirilməsi və qərar qəbuletmə bacarığı təkmilləşdirilib, FHN nin “112” və “101” xidmətləri ilə qarşılıqlı əlaqədə yanğınlara
çevik reaksiya verilməsi sualları məşq etdirilib.

Təlimə “Dekor Qrup” Məhdud Məsuliyyətli Cəmiyyətinin 45 nəfərdən ibarət mülki müdafiə qüvvələri, Zil-131 markalı yanğınsöndürmə avtomobili, idarəetmə və rabitə vasitələri, həmçinin Fövqəladə Hallar Nazirliyinin Naxçıvan şəhər Dövlət Yanğın Təhlükəsizliyi şöbəsinin 1 ədəd Kamaz və 1 ədəd MAN markalı yanğınsöndürmə avtomobili  və ümumilikdə 16 nəfər şəxsi heyət cəlb olunub.

Təlim uğurla, təhlükəsizlik qaydalarına tam əməl edilməklə başa çatdırılıb və qarşıya qoyulmuş məqsədlərə nail olunub.

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə işinin təşkili şöbəsinin rəisi, polkovnik Emin Qasımov təlimdən sonrakı çıxışında qeyd edib ki, şəxsi heyətin döyüş, peşə və fiziki hazırlığının artırılması baxımından gələcəkdə muxtar respublikanın bütün strateji əhəmiyyətli obyektlərində bu kimi təlimlərin keçirilməsi davam etdiriləcək, müəssisələrin fövqəladə hallara hazırlığı diqqət mərkəzində saxlanılacaq.

 

Bir cavab yazın

Please enter your comment!
Please enter your name here