Ev Hərbi Daxili Qoşunların Naxçıvan Əlahiddə Əməliyyat Briqadasında əsgərlər hərbi andı qəbul edib

Daxili Qoşunların Naxçıvan Əlahiddə Əməliyyat Briqadasında əsgərlər hərbi andı qəbul edib

265
0
PAYLAŞ

Daxili Qoşunların Naxçıvan Əlahiddə Əməliyyat Briqadasında dagənc əsgərlərin hərbi andiçmə mərasimi keçirilib.

Mərasimə hazırlıq barədə raport verildikdən sonra Hərbi hissənin döyüş bayrağı sıra meydanına gətirilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Briqada komandirinin müavini, polkovnik-leytenant Şahin Bəylərov və Naxçıvan Muxtar Respublikasının Daxili İşlər naziri, general-mayor Fazil Ələkbərovun təbrikini şəxsi heyətə çatdırıb.

Sonra  gənc əsgərlər hərbi andı qəbul ediblər.

Briqada komandiri, polkovnik Səlim Niftəliyev çıxış edərək qeyd edib ki, muxtar respublikamızda bütün hərbi hissələr müasir texnikalar və avadanlıqlarla təchiz edilib, maddi baza təkmilləşdirilib. Gənc əsgərlər keçirilən dərslərdə bu texnikalardan düzgün istifadəni dərindən öyrənməlidirlər.

Digər çıxış edənlər hərbi xidmətin Vətən qarşısında müqəddəs borc olduğunu qeyd edib, əsgərlərə nümunəvi  xidmət arzulayıblar.

Əsgərlər adından çıxış edən Cavanşir Hacıyev onlara göstərilən diqqət və qayğını layiqincə doğruldacaqlarına, Vətənimizə şərəflə xidmət edəcəklərinə söz verib.

Sonra xüsusi təyinatlı dəstənin nümunəvi çıxışları olub.

Mərasim şəxsi heyətin  təntənətli keçidi ilə başa çatıb.  (Naxcivantv.az )

Bir cavab yazın

Please enter your comment!
Please enter your name here