Ev Regionlar Culfa şəhər 3 N-li tam orta məktəbdə “Sosial şəbəkələrin müsbət və mənfi...

Culfa şəhər 3 N-li tam orta məktəbdə “Sosial şəbəkələrin müsbət və mənfi xüsiyyətləri“ mövzüsunda seminar keçirilib

206
0
PAYLAŞ

Naxcivanxeberleri.com-un məlumatına görə, 16 aprel 2018-ci il tarixdə Culfa şəhər 3 N-li tam orta məktəbində Culfa Rayon Gənclər və İdman İdarəsinin, Culfa Rayon İcra Hakimiyəti Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi Şöbəsinin və Culfa Rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə məktəbin IX sinif şagirdləri arasında “ Sosial şəbəkələrin müsbət və mənfi xüsiyyətləri “ mövzüsunda seminar keçirilmişdir. İlk öncə Culfa Rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Elçin Cəfərov və Culfa Rayon Təhsil Şöbəsinin aparıçı məsləhətçisi Ramazan Abuzərov çıxış edərək keçirilən tədbir haqqında iştirakçılara qıssa məlumat vermişdir. Daha sonra İcra Hakimiyyətinin məsləhətçi pisixoloqu Aynurə Müslümova hazırlanmış slayt vastəsi ilə mövzü ətrafında çıxış edərək bildirilmişdir ki, həyatımızın ayrılmaz hissəsinə çevrilən internetdən istifadə edənlərin sayı sürətlə artmaqdadır. İnsanlar internetdən informasiya əldə etmək, məktublaşmaq, şəkillərə və video çarxlara baxmaq, ünsiyyət yaratmaq, oyun oynamaq və s. məqsədlər üçün istifadə edirlər. Son vaxtlar isə dünyanın ən müxtəlif yerlərindən ən fərqli insanların bir-biriləri ilə ünsiyyət qurduqları sosial şəbəkələrə maraq daha da artıb. Qeyd etmək istəyirəm ki, sosial şəbəkələrin Azərbaycan həqiqətlərinin dünya ictimayətinə çatdırılmasında həmçinin ölkəmizin inkişafının, keçirilən beynəlxalq tədbirlərin və müxtəlif idman yarışlarının beynəlxalq aləmə çatdırılmasında əvəzsiz rolu vardır. Bunlarla yanaşı muxtar respublikanın turizm məkanlarının, tarixi abidələrinin tanıdılmasında sosial şəbəkələrdən də geniş istifadə olunur. Həmçinin yeniyetmə və gənclərimizin iştirakı ilə turizm məkankarına, tarixi abidələrə, muzeylərə gəzintilər təşkil olunur ki, həmin gəzintilər zamanı çəkilən foto şəkilər və video çarxlar gənclər tərəfindən müxtəlif məlumat yazılaraq sosial şəbəkələrdə paylaşılır. Tədbirdə 20-yə yaxın şagird iştirak etmişdir.

Bir cavab yazın

Please enter your comment!
Please enter your name here