Ev Mədəniyyət Culfa rayonunda türk-islam mədəniyyəti abidələri ilə bağlı tədbir keçirilib

Culfa rayonunda türk-islam mədəniyyəti abidələri ilə bağlı tədbir keçirilib

281
0
PAYLAŞ

Culfa rayonunun türk-islam mədəniyyəti abidələri ilə bağlı tədbir keçirilib.

Naxçıvan şəhərinin 2018-ci il üçün İslam Mədəniyyətinin Paytaxtı seçilməsi ilə bağlı mütəmadi olaraq tədbirlər keçirilir. Bu silsilə tədbirlərin davamı kimi 30 iyul tarixdə Culfa şəhər uşaq musiqi məktəbində Culfa Rayon Mədəniyyət Şöbəsi tərəfindən “Culfa rayonunun türk-islam mədəniyyəti abidələri” mövzusunda tədbir keçirilib. Rayon Mədəniyyət Şöbəsinin müdiri Pərvin Həsənov tədbiri giriş sözü ilə açaraq bildirib ki, 2018-ci il üçün Naxçıvan şəhərinin İslam Mədəniyyətinin Paytaxtı seçilməsi muxtar respublikaya, tarixi abidələrinə, qədim və zəngin mədəniyyətinə, müasir intibahına göstərilən diqqət və qayğının məntiqi nəticəsidir. İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin mədəniyyət nazirlərinin 2009-cu ilin oktyabrında Bakı şəhərində keçirilmiş altıncı konfransında qəbul edilmiş qərarla Naxçıvan şəhəri 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan olunub. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 2 iyun tarixli Sərəncamı ilə 2018-ci ildə İslam mədəniyyəti paytaxtı tədbirlərinin keçirilməsi ilə bağlı Təşkilat Komitəsi yaradılmış, cari ilin 20 iyununda “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı – 2018”in təntənəli açılış tədbiri keçirilib.

“Culfa rayonunun türk-islam mədəniyyəti abidələri” mövzusunda çıxış edən Rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Gülər Əhmədova tədbir iştirakçılarına rayonda yerləşən türk –islam mədəniyyəti abidələri, onların konstruktiv quruluşları, tarixi və əhəmiyyəti barədə məlumat verib. Bildirilmişdir ki, dövlət tərəfindən həmişə hərtərəfli qayğı ilə əhatə olunmuş tarixi abidələr yenidən orijinallığı saxlanmaqla bərpa edilir. Culfa rayonu ərazisində yerləşən və yenidən bərpa edilən Əlincəqala abidəsi, Gülüstan türbəsi, Xanəgah Abidələr Kompleksi və hal-hazırda təmir edilən Qazançı körpüsü bir daha göstərir ki, mədəniyyət abidələri muxtar respublika rəhbərliyinin daim diqqətindədir.
Azərbaycan ərazisində tarixən İslam mədəniyyətinin özünün dolğun inikasını tapdığı ədəbiyyatlar muxtar respublikada olan türk və islam mədəniyyətinin vəhdətinin öyrənilməsində çox mühüm vasitədir. Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Sədaqət Rəfiyeva tədbirdə çıxışı zamanı bu məsələyə toxunmuş, böyük Azərbaycan alimlərinin islam əxlaqının və sirlərinin göstərildiyi ədəbiyyatlar haqqında məlumat vermişdir.

Tədbirin sonunda bu tədbirlərin kəndlərdə keçirilməsinin əhəmiyyəti vurğulanıb.

 

Bir cavab yazın

Please enter your comment!
Please enter your name here