Ev İdman Cüdoçumuz erməni rəqibinə qalib gəlib

Cüdoçumuz erməni rəqibinə qalib gəlib

89
0
PAYLAŞ
Macarıstanda 23 yaşadək cüdoçular arasında keçirilən Avropa birinciliyi davam edir.
Naxcivanxeberleri.com  xəbər verir ki, mötəbər yarışın 2-ci günü Azərbaycan millisi üçün uğurlu olub.

73 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Rüfət Məmmədov yalnız final görüşündə uduzaraq qitə birinciliyinin gümüş medalını qazanıb. Bosniya və Herseqovina, Ermənistan, Almaniya, Gürcüstan və İtaliya idmançılarına qalib gələn Azərbaycan cüdoçusu həlledici qarşılaşmada Kosovo təmsilçisinə məğlub olaraq 2-ci yeri tutub.

Qeyd edək ki, Avropa birinciliyinin ilk günü cüdoçumuz Rəşad Yelkiyev bürünc medala layiq görülüb.

Bir cavab yazın

Please enter your comment!
Please enter your name here