Ev Cəmiyyət “Coca-Cola”- içki, yoxsa ölüm təhlükəsi?

“Coca-Cola”- içki, yoxsa ölüm təhlükəsi?

169
0
PAYLAŞ
Bu günlərdə votsapda yayılmış bir mesajda çoxumuzun, əsasən də uşaqlarımızın vakeçilməz içkisi olan “Coca-Cola” barəsində həyacan təbili xarakterli bir səsli mesaj verildi. Düzdür, mesajda deyilənlərin, ümumiyyətlə bu tip mesajların həqiqəti əks etdirmədiyini, heç bir əsası olmadığını çoxumuz yaxşı bilirik. Ancaq söhbət “Coca-Cola”dan gedirsə, bu içkinin onsuz da zərərli olduğunu mütəxəssislər dəfələrlə bildiriblər. Və bunu bildiyimiz halda, həm özümüz içirik, həm də uşaqlarımıza veririk. Bəlkə də belə bir mesajın yayılmasından istifadə edib ən azından övladlarımızı “Coca-Coladan” uzaq tuta bilərik. Nə qədər ki, onlar da koladan asılı vəziyyətə düşmüş milyonlardan birinə çevrilməyiblər…
“Coca-Cola” və onun kimi içkilərin yaratdığı asılılıq, səbəb olduğu xəstəliklər barədə bilmədiklərinizi təqdim edirik:
Bir çox mənbələrdə qeyd edildiyi kimi, daha əvvəl hamiləliyin qarşısını almaq dərmanı kimi apteklərdə satılmağa başlanılan və sonra içki halına gətirilən “Coca- Cola” ilə bağlı bir çox oxşar xəbərlər var.
İçərkən dadından doymadığımız bu qazlı içki əslində bir çox xəstəliyə yol açır. Məşhur yazıçı Karen Hill “Bəsdir! Artıq pəhriz saxlamaq istəmirəm” adlı kitabında bu içkilərin səbəb olduğu 12 xəstəlik haqqında danışıb. Karen Hil insanların kolaya olan asılılığından da bəhs edib.
Bəzilərimiz gündə bir-iki litrdən çox, sanki su əvəzinə kola içirik. Əvvəla, kola qorxunc bir asılılıq yaradan içkidir. Narkotiki atmaq qədər əziyyətlidir. İnsanların asanlıqla tərgitməkdə çox çətinlik çəkdiyinə toxunan Hil qeyd edib ki, tərgitmək istədikləri ilk gün dəhşətli miqren ağrıları, titrətmələr, əsəbilik və yuxusuzluq yaşayırlar.  Lakin iki günü keçdikdən sonra bomba kimi olurlar.
“Coca-Cola”nın səbəb olduğu 12 xəstəlik:
1- Çox kökəlmə və yağlanma
2- Qaraciyər zədələnməsi
3- Diş çürüməsi
4- Böyrək daşları və xroniki böyrək xəstəliyi
5- Asit turşusu
6- Sümük əriməsi
7- Hipertoniya
8- Ürək xəstəliyi
9- Həzm pozğunluğu
10- Alzheimer (yaddaş itkisi)
11- Xərçəng
12- Şəkər Xəstəliyi
(moderator.az)

Bir cavab yazın

Please enter your comment!
Please enter your name here