Ev İdman ÇL-nın yarımfinalında yeddi qol – VİDEO

ÇL-nın yarımfinalında yeddi qol – VİDEO

464
0
PAYLAŞ

Bu gün Çempionlar Liqasının ilk yarımfinal matçı keçirilib.

Naxcivanxeberleri.com xəbər verir ki, İngiltərənin “Enfild” stadionunda “Liverpool”  İtaliyanın “Roma” klubunu qəbul edib.

Hesab oyunun 35-ci dəqiqəsində açılıb. Məhhəmməd Salah topu uzaq doqquzluğa ötürərək mükəmməl qol vurub. İlk hissənin artırılmış dəqiqəsində Roberto Firminonun məhsuldar ötürməsindən sonra Məhəmməd Salah dubla imza atıb.

55-ci dəqiqədə Mane Salahın ötürməsini qola çevirərək, top fərqini üçə çatdırıb.  61-ci dəqiqədə Firmino seçilib. 68-ci dəqiqədə Braziliyalı futbolçu dubl edərək fərqi beş topa çatdırıb.

81-ci dəqiqədə Ceko qol vuraraq məğlub durumda olan komanda yoldaşlarını yenidən ruhlandırıb. 85-ci dəqiqədə hakim Liverpulun qapısına 11-metrlik cərimə zərbəsi təyin edib. Perrotti dəqiq zərbə ilə qol fərqini azaldıb.

Bir cavab yazın

Please enter your comment!
Please enter your name here