SON DƏQİQƏ

naxcivanxeberleri.com

Ölkə gəncləri Naxçıvanda bir araya gəldi

Ölkə gəncləri Naxçıvanda bir araya gəldi
6-12-2018, 21:30 169 dəfə baxılıb

Azərbaycan Respublikasının Gənclər Fondu və Naxçıvan Muxtar Respublikasının Gənclər Fondunun təşkilatçılığı ilə 30 noyabr-02 dekabr 2018-ci il tarixlərində Naxçıvan Muxtar Respublikasında “Gənclik Naxçıvanda” düşərgəsi təşkil olunub.

Naxcivanxeberleri.com bildirir ki, düşərgədə Azərbaycanın onlarla şəhər və rayonundan olan 100-dən artıq fəal gənc və gənclər təşkilatlarının üzvləri iştirak edib.

Səfər gənclərin ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında ucaldılan abidəsini ziyarət etməsi və Heydər Əliyev Muzeyində ulu öndərin zəngin irsi ilə tanışlığı il başlayıb. Burada ümumilli liderin keçdiyi həyat yolu, onun əmək fəaliyyəti barədə geniş məlumat verilib, eyni zamanda Heydər Əliyevə məxsus bəzi şəxsi əşyaların ekspozisiyası nümayiş olunub.

Düşərgənin gedişatında gənclər Muxtar Respublikanın tarixi-mədəni abidələri, muzeyləri, təbiət əraziləri və ali təhsil müəssisələri, o cümlədən Əlincə qalası, Xan sarayı, Əshabi-Kəhf kompleksi və digər yerlərə baş çəkiblər. Təşkil edilmiş təlimlər çərçivəsində digər regionlardan gələn gənclər yerli həmyaşıdları ilə birgə müxtəlif maarifləndirici sessiyası və panellərdə iştirak ediblər. Eyni zamanda, təşkil edilmiş əyləncə proqramları vasitəsilə gənclərin sosiallaşmasına şərait yaradılıb.

Düşərgənin rəsmi açılışı zamanı Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Azad Cabbarov, Muxtar Respublikanın Gənclər Fondunun icraçı direktoru Cəbi Quliyev və Azərbaycan Respublikası Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov cənab Prezidentin rəhbərliyi altında ölkədə həyata keçirilən gənclər siyasəti və gənclər üçün yaradılan imkanlar barədə iştirakçılara məlumat veriblər. Sonda iştirakçılar sertifikat və dəyərli hədiyyələrlə mükafatlandırılıb.

Qeyd edək ki, “Gənclik Naxçıvanda” düşərgəsi Naxçıvan şəhərinin 2018-ci ildə ölkəmizin “Gənclər paytaxtı” seçilməsi ilə əlaqədar təşkil edilən silsilə tədbirlər çərçivəsində həyata keçirilib.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
KÖŞƏ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ