SON DƏQİQƏ

naxcivanxeberleri.com

Naxçıvanda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfinfən maarifləndirici seminarlar keçirilir-FOTO

Naxçıvanda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfinfən maarifləndirici seminarlar keçirilir-FOTO
11-01-2019, 17:10 263 dəfə baxılıb

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən “Əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sistemi”nin tətbiqinə dair maarifləndirici seminarlar davam etdirilir.
Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə,növbəti seminar yanvarın 11-də Naxçıvan şəhərində təşkil edilib. Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında təşkil edilən seminarda Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən müəssisələrin 44 nümayəndəsi iştirak edib. Seminarda əmək münasibətlərinin rəsmiləşdirilməsi sahəsində tətbiq edilən yeni metodlar barədə Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi tərəfindən məlumatlar verilib, həmçinin “Əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sistemi”nin tətbiqi mövzusuna dair videotəlimat və slaydlar nümayiş olunub. Daha sonra, seminar iştirakçılarının mövzu ətrafında sualları cavablandırılıb.
Naxçıvanda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfinfən maarifləndirici seminarlar keçirilir-FOTONaxçıvanda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfinfən maarifləndirici seminarlar keçirilir-FOTO

Naxcivanxeberleri.com

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ocak 2019    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031