SON DƏQİQƏ

naxcivanxeberleri.com

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyində kollegiya iclası keçirilib-FOTO

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyində kollegiya iclası keçirilib-FOTO
11-01-2019, 17:21 163 dəfə baxılıb

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi 2018-ci ildə öz işini təsdiq edilmiş tədbirlər planına uyğun qurub, gənclər arasında bədən tərbiyəsi və idmanın kütləviliyinə nail olunması üçün məqsədyönlü tədbirlər həyata keçirib. Ümumilikdə, il ərzində nazirlik tərəfindən dövlət gənclər siyasəti və idman sahəsində 585 tədbir keçirilib ki, bunlardan 255-i gənclərlə iş, 330-u isə kütləvi bədən tərbiyəsi və idman sahələrini əhatə edib.

NAXCİVANXEBERLERİ.COM
xəbər verir ki, bu faktlar Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin kollegiya iclasında nazir Azad Cabbarov səsləndirib. Nazir bildirib ki, 2018-ci ildə mütəmadi olaraq muxtar respublikanın şəhər və rayonlarında gənclərin Vətənə məhəbbət, dövlətçiliyə sədaqət ruhunda tərbiyə olunması məqsədilə vətənpərvərlik mövzusunda filmlər nümayiş etdirilib, onların tarixi yerlərə və muzeylərə gəzintiləri təşkil olunub. Nazirlik tərəfindən 2 Fevral-Gənclər Günü və 31 Dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ilə əlaqədar Naxçıvan Muxtar Respublikasının ictimai həyatında və yaradıcılıq sahəsində fərqlənən istedadlı gənclərin mükafatlandırılması məqsədilə tədbirlər keçirilib. Bundan başqa, 5 iyun-Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü, 15 iyun-Milli Qurtuluş Günü, 10-17 noyabr Beynəlxalq Tələbə Gənclər Həftəsi, Naxçıvan Muxtar Respublikasında turizmin inkişaf etdirilməsi ilə əlaqədar tədbirlər planı hazırlanıb və icra olunub. Bu il Naxçıvan şəhərində keçirilən “Avropa günləri”ndə bir qrup gəncin könüllü kimi iştirakı təmin olunub, ali və orta ixtisas təhsili müəssisələrinin birinci kursuna qəbul olunan gənclərlə “Gələcəyə doğru” adı altında görüş, “Gənclər Paytaxtının ən yaxşı tələbə-gənclər təşkilatı” və “Gənclər Paytaxtında ən yaxşı Yeni Azərbaycan Partiyası rayon (şəhər) Təşkilatının Gənclər Birliyi” müsabiqələri keçirilib, Türk Şurası Gənc Liderlərinin Naxçıvan Forumu, “Azərbaycanda Belarus gəncləri günləri” çərçivəsində Belarus Respublikasından bir qrup gəncin Naxçıvan Muxtar Respublikasına səfəri, Azərbaycanın regionlarından fəal gənclərin və Gənclər təşkilatlarının üzvlərindən ibarət 100 nəfər gəncin Naxçıvan Muxtar Respublikasına ekskursiyası təşkil olunub.
Vurğulanıb ki, ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü ilə muxtar respublikada “Naxçıvan – 2018” Beynəlxalq Şahmat Festivalı, Naxçıvan Muxtar Respublika Stadionunda “Heydər Əliyev kuboku” uğrunda turnir, kikboksinq və cüdo üzrə beynəlxalq turnirlər keçirilmiş, “Heydər Əliyev kuboku” uğrunda İlham Əliyev adına Olimpiya-İdman Kompleksində yeniyetmə və gənclər arasında boks, karate-do, kikboksinq, sərbəst güləş, kişilər arasında voleybol, basketbol, 18 yaşadək sağlamlıq imkanları məhdud uşaqlar arasında Əyləncəli İdman Oyunları üzrə Naxçıvan Muxtar Respublika turnirləri, Üzgüçülük Mərkəzində yerləşən “Əlincə” Stolüstü Tennis İdman Klubunun məşq zalında stolüstü tennis üzrə Naxçıvan Muxtar Respublika birinciliyi təşkil edilib. Eyni zamanda Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırıqlarına əsasən Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən Kəngərli və Culfa Rayon Mərkəzi Stadionları əsaslı təmir olunaraq istifadəyə verilib, məşqçilərə təlimlər, treninqlər, gənc idmançılara nümunəvi dərslərin keçirilməsi diqqətdə saxlanılıb, bütün idman növləri və federasiyalar üzrə peşəkar və təcrübəli məşqçilər muxtar respublikaya dəvət edilib.
Ötən il ərzində ayrı-ayrı idman növləri üzrə muxtar respublika idmançılarının respublika və beynəlxalq miqyaslı yarışlarda iştirakı təmin edilib, idmançılarımız dünya çempionatlarında 2, Avropa çempionatlarında 3, beynəlxalq turnirlərdə 84, Yeniyetmələrin III Yay Olimpiadasında 1, Azərbaycan birinciliklərində 105 medal olmaqla cəmi 195 medal qazanıblar. Ümumilikdə, Naxçıvan Muxtar Respublikasında 40 minə yaxın yeniyetmə və gənc idmanla məşğul olur, o cümlədən nazirlik tərəfindən keçirilən idman təbdirlərində 10 minə yaxın idmançı iştirak edib.
Sonra gündəlikdə duran məsələlər ilə əlaqədar qərar layihəsi oxunub və qəbul edilib.
Kollegiya iclasında Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi Aparatının Gənclərlə iş şöbəsinin müdiri Tahir Məmmədli, Culfa Rayon Gənclər və İdman İdarəsinin rəisi Ümüd Həsənli və Uşaq-gənclər idman məktəbinin direktoru Faiq İsgəndərovin çıxışları olub.
Kollegiya iclasına yekun vuran Azad Cabbarov vurğulayıb ki, 10 dekabr 2018-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məclisində “Naxçıvan Muxtar Respublikasında bədən tərbiyəsi və idmanın hazırkı vəziyyəti və qarşıda duran vəzifələr” mövzusunda keçirilən müşavirədə verilmiş tapşırığa əsasən muxtar respublikada olan idman qurğu və obyektlərindən, eyni zamanda olimpiya-idman komplekslərindən istifadəyə və onların qorunub saxlanılmasına, həmçinin, gənclərlə iş sahəsində fəaliyyətə diqqətin artırılması sahəsində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən qarşıya qoyulmuş vəzifələrin icrası üçün səylərimizi daha da artırmalıyıq.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyində kollegiya iclası keçirilib-FOTONaxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyində kollegiya iclası keçirilib-FOTO

Naxcivanxeberleri.com

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ocak 2019    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031