SON DƏQİQƏ

naxcivanxeberleri.com

Naxçıvan Muxtar Respublikasının Vergilər Nazirliyində kollegiya iclası keçirilib

Naxçıvan Muxtar  Respublikasının Vergilər Nazirliyində kollegiya iclası keçirilib
11-01-2019, 12:56 356 dəfə baxılıb

Naxçıvan Muxtar Respublikasının Vergilər Nazirliyi və onun yerli vergi orqanları tərəfindən 2018-ci ildə görülmüş işlər və beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin doqquzuncu sessiyasında qarşıya qoyulan vəzifələr haqqında kollegiya iclası keçirilib.
Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə,kollegiya iclasını giriş sözü ilə vergilər naziri, baş vergi xidməti müşaviri Azər Nağıyev açaraq bildirmişdir ki, 2018-ci ildə muxtar respublikamızda biznes və investisiya sahəsində ciddi uğurlar qazanılmış, muxtar respublika iqtisadiyyatında dinamik və davamlı inkişafın qorunub saxlanmasında muxtar respublikanın dövlət vergi orqanlarının da mühüm rolu olmuşdur.
Belə ki, iqtisadi inkişafın nəticəsi olaraq, hesabat dövründə Naxçıvan Muxtar Respublikasının Vergilər Nazirliyi üzrə müəyyən olunmuş proqnoz 116,8 faiz icra edilmişdir ki, bu da 2017-ci illə müqa¬yisədə 10,9 faiz çoxdur.
Ümumilikdə muxtar respublika üzrə daxil olmuş vəsaitlərin 34,5%-i dövlət sektorunun, 65,5%-i isə özəl sektorun payına düşür. Özəl sektor üzrə daxilolmalar ötən ilin müvafiq dövrü ilə müqayisədə 6 milyon 394 min 700 manat və ya 15,4 faiz artmışdır.
Muxtar respublikamızda iqtisadiyyatın dayanıqlı inkişafında mühüm rolu olan özəl sektorun çoxşaxəli inkişafının təmin olunması məqsədi ilə bu sahə¬yə dövlət dəstəyinin gücləndirilməsi, ixrac potensialının getdikcə artırılması yüksək iqtisadi nailiyyətlər əldə edilməsi ilə nəticələnmişdir. Həmçinin rayon¬larda kiçik və orta sahibkarlığın fəaliyyətinin güclənməsi bu sahədə vergi daxilolmalarının əhəmiyyətli dərəcədə artımına səbəb olmuşdur. Buna görədir ki, özəl sektordan vergi daxilolmaları ötən ilin müvafiq dövrü ilə müqayisədə Şərur rayonu üzrə 143,1 min manat və Babək rayonu üzrə 261,7 min manat artmışdır.
Kiçik və orta sahibkarlığın inkişafını səciyyələndirən göstəricilərdən biri də sadələşdirilmiş vergi üzrə proqnozun 2 milyon 331 min manat və ya 71,7 faiz, yaxud ötən ilin müvafiq dövrü ilə müqayisədə 1 milyon 482 min manat və ya 36,2 faiz artıqlaması ilə icra edilməsidir.
Hesabat dövrü ərzində vergi ödəyiciləri tərəfindən 28641 bəyannamə təqdim edilmişdir ki, bunun 28631-i və ya 99,9%-i elektron, 4-ü əlbəəl və 6-sı poçt vasitəsilə təqdim olunmuşdur. Təqdim olunan bəyannamələr uyğunsuzluq yoxlamasından keçirilərək 883 halda 653 min 457 manat məbləğində, o cümlədən Naxçıvan Şəhər Vergilər İdarəsi üzrə 441 halda 619 min 953 manat, Şərur Rayon Vergilər İdarəsi üzrə 36 halda 5 min 131 manat, Babək Rayon Vergilər İdarəsi üzrə 150 halda 8 min 325 manat, Ordubad Rayon Vergilər Şöbəsi üzrə 68 halda 4 min 103 manat, Culfa Rayon Vergilər Şöbəsi üzrə 91 halda 8 min 230 manat, Şahbuz Rayon Vergilər Şöbəsi üzrə 19 halda 1 min 991 manat, Kəngərli Rayon Vergilər Şöbəsi üzrə 44 halda 3 min 920 manat və Sədərək Rayon Vergilər Şöbəsi üzrə isə 34 halda 1 min 801 manat məbləğində kameral və analoji hesablama aparılmaqla vergilər hesablanmış və ödənilməsi təmin edilmişdir.
Vergilər üzrə proqnoz tapşırıqların yerinə yetirilməsində mühüm rolu olan aktiv vergi ödəyicilərinin sayı (kənd təsərrüfatı istisna olmaqla), sahibkarlığa göstərilən qayğının və yaradılan işgüzar biznes şəraitinin nəticəsidir ki, 2017-ci illə müqayisədə 1.2 dəfə və ya 1007 vahid, o cümlədən Naxçıvan Şəhər Vergilər İdarəsi üzrə 368, Şərur Rayon Vergilər İdarəsi üzrə 102, Babək Rayon Vergilər İdarəsi üzrə 351, Ordubad Rayon Vergilər Şöbəsi üzrə 46, Culfa Rayon Vergilər Şöbəsi üzrə 27, Şahbuz Rayon Vergilər Şöbəsi üzrə 45, Kəngərli Rayon Vergilər Şöbəsi üzrə 43 və Sədərək Rayon Vergilər Şöbəsi üzrə isə 25 vahid artmışdır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən təsdiq edilmiş “2016-2018-ci illərdə Naxçıvan Muxtar Respublikasında müasir elektron ödəniş xidmətlərinin tətbiqinin və nağdsız hesablaşmaların geniş¬ləndirilməsi üzrə Proqram”a uyğun olaraq Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsi ilə birlikdə tədbirlər davam etdirilib.
Belə ki, 01 yanvar 2019-cu il tarixə muxtar respublikada fəaliyyət göstərən ticarət obyektlərində 1272 POS-terminal quraşdırılmış və bu istiqamətdə tədbirlərimiz davam etdirilir.
Nağdsız əməliyyatların genişləndirilməsi tədbirləri çərçivəsində muxtar respublikada aparılmış təbliğat tədbirlərinin nəticəsi olaraq, hesabat dövründə POS-terminallar və digər ödəniş vasitələri ilə aparılan nağdsız hesablaşmaların həcmi 35 milyon 93 min 350 manat olmaqla, ötən ilin müvafiq dövrü ilə müqayisədə 4 milyon 294 min 678 manat artıq olmuşdur.
Sahibkarlıq subyektləri tərəfindən vergilərin vaxtında ödənilməsinə və ödənilən əməkhaqlarının reallığı əks etdirməsi vəziyyətinə nəzarətin gücləndirilməsi işləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birlikdə davam etdirilmişdir. Belə ki, 2018-ci il ərzində aparılmış 676 birgə monitorinq zamanı 511 halda yeni əmək müqavilələrinin bağlanmaması, 1811 halda əməkhaqqının reallığı əks etdirməməsi faktları aşkar edilmiş və müvafiq düzəlişlərin edilməsi təmin edilmişdir. Bütün bunların nəticəsində işəgötürən fiziki şəxslər tərəfindən əməkhaqqından ödənilən gəlir vergisi məbləği hesabat dövründə 133 min 154 manat olmaqla, 2017-ci illə müqayisədə 6504 manatdan çox artmışdır.
Təqdirəlayiq haldır ki, vergi borclarının alınması üzərində nəzarətin gücləndirilməsi və aparılmış maarifləndirmə və məlumatlandırma tədbirləri nəticəsində Vergilər Nazirliyi 2018-ci ili vergi borcu olmadan başa vurmuşdur.
Bildiyiniz kimi məcburi dövlət sosial sığorta haqlarının və işsizlikdən sığorta haqqının hesablanmasına və ödənilməsinə nəzarət cari ilin yanvar ayının 1-dən etibarən Vergilər Nazirliyinə həvalə edilmişdir. Bununla bərabər Vergi Məcəlləsində kiçik və orta sahibkarlığın inkişaf etdirilməsi məqsədilə sahibkarlara vergi güzəştlərinin verilməsi, nağdsız ödənişlərin artırılması üçün istehlakçıların həvəsləndirilməsi və digər əlavə və dəyişikliklər də nəzərdə tutulmuşdur. Buna görə də AVİS proqramında müvafiq dəyişikliklər edilmiş, bəyannamə formaları dəyişdirilmiş, məcburi dövlət sosial sığortası və işsizlikdən sığorta üzrə bəyannamə və şəxsi hesab vərəqələri işlənib hazırlanmışdır. Bütün bunlar vergi orqanlarının məsuliyyətini daha artırmışdır. Ona görə də həm nazirliyin müvafiq strukturları, həm də yerli vergi orqanları tərəfindən başlıca diqqət vergi daxilolmaları ilə yanaşı, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta üzrə daxilolmalara yönəldilməli, kollektivin gücündən maksimum istifadə olunmalı, bu sahələr üzrə təsdiq edilmiş proqnozların icrası təmin olunmalıdır. Qeyd edilən sahələr bizim üçün yeni olduğundan vergi ödəyiciləri, ələlxüsus mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq sahələri olan vətəndaşlar arasında geniş maarifləndirmə və məlumatlandırma işləri aparılmalı, ödənişlərin vaxtında hesablanması və ödənilməsi təmin edilməlidir. Maariflıəndirmə və məlumatlandırma işləri vergi ödəyicilərinin hamısını əhatə etməli, onların elektron qutularına mütəmadi olaraq bildirişlər göndərilməli, Vergi Məcəlləsinə edilmiş əlavə və dəyişikliklər barədə kütləvi-informasiya vasitələrinin gücündən geniş istifadə edilməlidir.
Naxçıvan Muxtar Respublikasının Vergilər Nazirliyi beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin doqquzuncu sessiyasında Ali Məclisin Sədri cənab Vasif Talıbov tərəfindən qarşımıza qoyulan vəzifələrin icrasına məsuliyyətlə yanaşaraq, onların icrasının təmin edilməsi istiqamətində bütün tədbirləri həyata keçirəcəkdir.
İclasda çıxış edən vergilər nazirinin müavini baş vergi xidməti müşaviri Fərrux Əkbərov qeyd etmişdir ki, əvvəlki illərdə olduğu kimi hesabat ilində də muxtar respublika rəhbərinin gördüyü tədbirlər nəticəsində muxtar respublikanın şəhər və rayonlarında yeni istehsal sahələri istifadəyə verilmiş, sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin sayı durmadan artmışdır. Bu da sahibkarlıq fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinin fəaliyyətinə operativ vergi nəzarətinin gücləndirilməsini zəruri etmişdir.
Hesabat dövründə muxtar respublika üzrə əhali ilə nağd pul hesablaşmaları aparan 1865 obyektdən 1857 obyektə nəzarət-kassa aparatı quraşdırılması təmin edilmişdir ki, bu da nəzarət-kassa aparatı quraşdırılmalı olan obyektlərin 99,6%-ni təşkil edir. Ciddi hesabat blankı tətbiq edilməli olan 968 obyektin hamısında ciddi hesabat blankları tətbiq edilir.
Vergi borclarının alınması sahəsində nəzarət daha da gücləndirilmiş, hesabat dövrü üzrə xırda borc məbləğlərinin və inzibati resursların daha səmərəli idarə edilməsi məqsədilə yerli şöbə və bölmələrə edilmiş birbaşa müraciətlər üzrə 30 vergi ödəyicisinin 2400 manat borc məbləği alınmış, aparılmış tədbirlər nəticəsində 596 min manat məbləğində borcu olan 18 vergi ödəyicisi barəsində vergi orqanları tərəfindən əmlakın siyahıya alınmasına dair qərarlar açılmış, açılmış qərarlara əsasən borcların tamamilə dövlət büdcəsinə alınması təmin edildiyindən, qərarlar bağlanılmışdır. Hesabat dövrü ərzində muxtar respublika üzrə vergi borclarının alınması sahəsində görülən tədbirlər nəticəsində hesablanmış 2 milyon 320 min manat vergi borcunun ödənildiyi təmin edildiyindən, 2019-ci ilin 1 yanvar tarixinə borc məbləğləri qalmamış, Vergilər Nazirliyi
2018-ci ili vergi borcu olmadan başa vurmuşdur.

Vergilər Nazirliyinin kollektivi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov tərəfindən qarşımıza qoyulan vəzifələrin icrasına daha da məsuliyyətlə yanaşacaq, bu istiqamətdə bütün zəruri tədbirlərin görülməsini təmin edəcəkdir.
Məruzə ətrafında Naxçıvan Şəhər Vergilər İdarəsinin rəisi- vergi xidməti müşaviri Rəşad Əliyev, Şərur Rayon Vergilər İdarəsinin rəisi- vergi xidməti müşaviri Rəfail Əliyev və Babək Rayon Vergilər İdarəsinin rəisi- baş vergi xidməti müşaviri Səftər Əliyarov çıxış edərək 2018-ci ildə görülən işlər barədə məlumat veriblər.

Naxcivanxeberleri.com

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ocak 2019    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031