SON DƏQİQƏ

naxcivanxeberleri.com

Vüsal Hüseynov: "Azərbaycanda qaçqın statusu ilə yaşayanlar arasında İran vətəndaşları daha çoxdur"

Vüsal Hüseynov:
11-01-2019, 12:47 158 dəfə baxılıb

2018-ci ildə Azərbaycanda 41 030 nəfərə müvəqqəti, 3220 nəfərə daimi yaşama, 6 162 nəfərə iş icazəsi verilib. NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, bunu Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Vüsal Hüseynov deyib.

V.Hüseynov qeyd edib ki, hesabat dövründə xidmət tərəfindən miqrasiya qanunvericiliyinin tələblərinin pozulması ilə bağlı 19 210 qərar qəbul edilib:

“Xidmətə vətəndaşlıq mənsubiyyətinin müəyyən edilməsi ilə bağlı 27 509 müraciət daxil olub. Hesabat dövründə xarici ölkələrdən Azərbaycan Respublikasına 464 vətəndaşın readmissiyası həyata keçirilib”.

DMX rəisi vurğulayıb ki, ölkədə qaçqın statusu əsasında yaşayan şəxslərin sayında 16 faiz artım müşahidə olunub. Hazırda bu şəxslərin sayı 78 nəfərdir.

V.Hüseynov əlavə edib ki, Azərbaycan qaçqın statusu ilə yaşayanların 5 nəfəri Liviyadan, 28 nəfəri Əfqanıstandan, 2 nəfəri Pakistandan, 43 nəfəri isə İrandan olan şəxslərdir.

Naxcivanxeberleri.com

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ocak 2019    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031