SON DƏQİQƏ

naxcivanxeberleri.com

Naxçıvanda qanunsuz saxlanılan xeyli silah-sursat polisə təhvil verilib

Naxçıvanda qanunsuz saxlanılan xeyli silah-sursat polisə təhvil verilib
11-01-2019, 09:47 593 dəfə baxılıb

Naxçıvan Muxtar Respublikasında qanunsuz saxlanılan 255 ədəd müxtəlif növ silah və xeyli sayda döyüş sursatı polisə təhvil verilib.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, bunu ötən gün Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyin kollegiya iclasında çıxışı zamanı daxili işlər naziri, general-leytenant Fazil Ələkbərov deyib.
Bildirlib ki,qanunsuz saxlanılan silahların yığılması istiqamətində ardıcıl həyata keçirilən profilaktik maarifləndirmə tədbirlərinin nəticəsində vətəndaşlar tərəfindən 255 ədəd müxtəlif növ silah və xeyli sayda döyüş sursatı təhvil verilmişdir ki, bu da ötən illərin göstəricilərini üstələməklə yanaşı Nazirliyin ictimaiyyət arasında nüfuzunun yüksəlməsinin nəticəsidir.
Qeyd edək ki,Naxçıvan Muxtar Respublikasında 2018-ci ildə Daxili İşlər Nazirliyi və Prokurorluq tərəfindən qeydə alınmış cinayət hadisələrinin açılması, cinayətlərin törədilməsində təqsirli bilinərək axtarışı elan olunmuş şəxslərin tutulması, eləcə də cinayət işləri üzrə dəymiş maddi ziyanın ödənilməsi 100 faiz təmin edilmiş, insan alverinə qarşı mübarizə sahəsində heç bir cinayət faktı qeydə alınmamışdır.

Naxcivanxeberleri.com

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ocak 2019    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031