Ev İdman “Çelsi”-“Qarabağ” oyunu ev sahiblərinin qələbəsi ilə başa çatıb

“Çelsi”-“Qarabağ” oyunu ev sahiblərinin qələbəsi ilə başa çatıb

112
0
PAYLAŞ

Qalan dəqiqələrdə oyunda qol olmayıb və beləliklə, “Qarabağ” komandası UEFA Çempionlar Liqasının qrup mərhələsinin ilk oyununda səfərdə “Çelsi”yə 0:6 hesabı ilə məğlub olub.

“Qarabağ” UEFA Çempionlar Liqasının qrup mərhələsində növbəti oyununu sentyabrın 27-də Bakıda “Roma” komandasına qarşı keçirəcək.

00:23

Oyunun sonuna yaxın üstünlüyü tamamilə ələ alan “Çelsi” futbolçularının hücumu nəticəsində hesab arasındakı fərq altı topa çatıb. Matçın 82-ci dəqiqəsində Zappakostanın ötürməsindən sonra top Maksim Medvedevə toxunaraq qapıdan keçib – 6:0.

00:19

Matçın 76-cı dəqiqəsində “Qarabağ” komandasının müdafiəçilərinin növbəti səhvindən yararlanan ev sahiblərinin təşkil etdikləri hücumu Batşuayi dəqiq zərbə ilə tamamlayaraq beşinci topu qonaqların qapısından keçirib.

00:14

Qarşılaşmanın 71-ci dəqiqəsində “Çelsi” futbolçularının künc zərbəsindən sonra başlatdıqları hücumda “Qarabağ” komandasının cərimə meydançasına ötürülən topa müdafiəçilərin səhvindən istifadə edərək dəqiq zərbə vuran Bakayoko hesab arasındakı fərqi dörd topa çatdırıb.

00:00

Matçın ikinci hissəsinə də sürətli hücumlarla başlayan London təmsilçisi qonaqları üçüncü dəfə topu oyuna mərkəzdən başlamağa məcbur ediblər. Sezar Azpilikueta 55-ci dəqiqədə topu başla “Qarabağ” komandasının qapısından keçirib – 3:0.

23:32

Oyunun ilk hissəsi ev sahiblərinin 2:0 hesablı üstünlüyü ilə başa çatıb.

23:17

Matçın 30-cu dəqiqəsində “Qarabağ”ı əks-hücumda yaxalayan “Çelsi” komandası hesab arasındakı fərqi artırıb. “Qarabağ” komandasının sol cinahından təşkil olunan sürətli hücumda İbrahim Şehiçin irəli çıxdığını görən David Zappakosta uzaq məsafədən dəqiq zərbə ilə hesab arasındakı fərqi iki topa çatdırıb – 2:0.

22:54

Matçın 6-cı dəqiqəsində “Çelsi” komandası erkən qolla oyunda hesabı açıb. Pedro Rodriguez dəqiq zərbə ilə komandasını hesabda irəli çıxarıb – 1:0.

22:45

Sentyabrın 12-də UEFA Çempionlar Liqasının 2017-2018-ci il mövsümünün qrup mərhələsinə start verilib.

Qrup mərhələsinin “C” qrupunda yer alan Ağdamın “Qarabağ” komandası səfərdə – Londonda “Çelsi” klubu ilə qarşılaşır. “Stamford Bridc” stadionunda keçirilən oyunu yunanıstanlı Tasos Sidiropoulosun başçılıq etdiyi hakimlər briqadası idarə edir.

Ağdam təmsilçisinin start heyətində İbrahim Şehiç, Qara Qarayev, Maksim Medvedev, Miçel, Dino Ndlovu, Pedro Enrike, Rəşad Sadıqov, Riçard Almeyda, Yakub Jezniçak, Bədavi Hüseynov, və Donald Gerye yer alıblar.

Ev sahibi “Çelsi”nin heyətində isə meydana Tibo Kurtua, Markos Alonso, Sesk Fabreqas, Nqolo Kante, Pedro Rodrigez, David Zappakosta, Villian, Miki Batşuay, Qari Keyhil, Andreas Kristiansen, Sezar Azpilikueta çıxacaqlar.

Bu, “Qarabağ”ın UEFA Çempionlar Liqasında ilk oyunudur. “Çelsi” isə artıq 15-ci dəfədir ki, UEFA Çempionlar Liqasının qrup mərhələsində çıxış edir. Bu, həm də “Çelsi”nin Azərbaycan klubları ilə ilk görüşüdür.

Xatırladaq ki, bu oyunla paralel olaraq, daha yeddi qarşılaşma keçirilir. “Qarabağ”ın yer aldığı “C” qrupunun digər oyununda “Atletiko Madrid” (İspaniya) komandası İtaliyanın “Roma” klubunun qonağı olacaq.

“A” qrupunda Portuqaliya təmsilçisi “Benfika” doğma meydanda Rusiyanın MOİK, İngiltərənin “Mançester Yunayted” klubu isə “Bazel”i (İsveçrə) qəbul edəcək.

“B” qrupunda “Bavariya” (Almaniya)-“Anderlext” (Belçika) və “Seltik” (Şotlandiya)–PSJ (Fransa) oyunları keçiriləcək.

“D” qrupunda isə İspaniyanın “Barselona” klubu “Yuventus”u (İtaliya), Yunanıstanın “Olimpiakos” komandası isə “Sportinq”i (Portuqaliya) qəbul edəcək.

Bir cavab yazın

Please enter your comment!
Please enter your name here