Ev IKT Bundan sonra “Bluetooth” sistemi daha sürətli olacaq

Bundan sonra “Bluetooth” sistemi daha sürətli olacaq

90
0
PAYLAŞ

“Google” şirkəti “Bluetooth” aksessuarlarını “Android” sistemli qurğulara tez qoşmağa imkan verən yeni “Fast Pair” texnologiyasını təqdim edib.

 Funksiya çexolu açan zaman smartfona avtomatik qoşulan “iPhone” və simsiz “AirPods” qulaqcıq istifadəçilərinə tanış gələcək. “Fast Pair” oxşar şəkildə işləsə də, bağlantını iki qurğunu bir-birinə yaxınlaşdırmaqla qurmağa imkan verir.

Bununla bağlı məlumatda qeyd olunur ki, “Fast Pair” funksiyası “Android 6.0”, yeni “Google Play Services 11.7” və daha yeni əlavə versiyalarını dəstəkləyən “Android” sistemli smartfonlarla işləyir. Hazırda texnologiyanı “Google Pixel Buds”, “Libratone Q Adapt On-Ear” və “Plantronics Voyager 8200” kimi məhdud qulaqcıq modellər sırası dəstəkləyir. azertag.az

 

Bir cavab yazın

Please enter your comment!
Please enter your name here