Ev İqtisadiyyat Büdcə müzakirələrinə bir gün ara veriləcək

Büdcə müzakirələrinə bir gün ara veriləcək

111
0
PAYLAŞ

Milli Məclisdə (MM) 2019-cu ilin büdcə müzakirələri bu gün də davam etdiriləcək.

Naxcivanxeberleri.com-un xəbərinə görə, bu gün MM-in Əmək və sosial siyasət komitəsi də daxil olmaqla, daha beş komitənin birgə iclasında büdcə zərfi müzakirə olunacaq.

İclasda komitə üzvləri ilə yanaşı, vitse-spiker Bahar Muradova, həmçinin, bir sıra nazirliklərin və dövlət qurumlarının rəhbər şəxsləri, maliyyə naziri Samir Şərifov, maliyyə nazirinin müavini Azər Bayramov iştirak edəcəklər.

Komitələrdə büdcə müzakirələri bir günlük fasilə ilə noyabrın 8-də davam etdiriləcək və başa çatdırılacaq.

Gələn həftənin ikinci günündən isə plenar iclaslarda büdcə müzakirələri başlanacaq.

Bir cavab yazın

Please enter your comment!
Please enter your name here