Ev İdman Bu gün Azərbaycan kubokunun sonuncu yarımfinalçıları müəyyənləşəcək

Bu gün Azərbaycan kubokunun sonuncu yarımfinalçıları müəyyənləşəcək

68
0
PAYLAŞ

Dekabrın 15-də futbol üzrə Azərbaycan kuboku yarışının dörddəbir final mərhələsinin növbəti cavab oyunları keçiriləcək.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, günün ilk qarşılaşması “Bayıl Arena”da “Səbail” və “Qəbələ” klubları arasında oynanılacaq. Bu kollektivlərin Qəbələdəki görüşündə meydan sahibləri qalib gəliblər – 1:0. Oyunun qalibi yarımfinalda “Neftçi” komandası ilə qarşılaşacaq.

Növbəti matçda “Kapital Bank Arena”da Ağdamın “Qarabağ” komandası səfərdə “Sumqayıt”ın qonağı olacaq. Ağdam klubu ilk görüşdə Sumqayıt təmsilçisinə 2:1 hesabı ilə qalib gəlib. Bu cütün qalibi yarımfinalda “Keşlə”nin rəqibi olacaq.

Bu iki oyunun nəticələri Azərbaycan kubokunun son iki yarımfinalçısını müəyyənləşdirəcək.

Azərbaycan kuboku uğrunda yarışların dekabrın 14-də oynanılan cavab qarşılaşmalarının nəticəsində “Neftçi” və “Keşlə” kollektivləri yarımfinala vəsiqə qazanıblar.

Bir cavab yazın

Please enter your comment!
Please enter your name here