Ev Maraqlı Beyini streslərdən qoruyan 5 ən yaxşı məhsul

Beyini streslərdən qoruyan 5 ən yaxşı məhsul

448
0
PAYLAŞ

Stress beyin hüceyrələrinə çox mənfi təsir edir, beyinin daha tez qocalmasına səbəb olur.

Alimlərin müşahidələrinə görə, bəzi adi qida məhsullari beyini stressin dağıdıcı təsirindən qorumağa kömək edir.

NAXCİVANXEBERLERİ.COM  saglamolun.az-a istinadən bu məhsulların siyahısını təqdim edir:

1. Sidr qozu

Sidr qozu Omeqa-6 yağlı turşularla zəngindir. Bu turşular beyində gedən qocalma proseslərini ləngidir.

Bundan əlavə sidr qozunun tərkibində E vitamini kimi güclü antioksidant və psixikanı streslərdən qoruyan maqnezium var.

2.  Çuğundur

Çuğundurun tərkbində olan maddələr beyinin qan dövranını yaxşılaşdırır.

Həmçinin bu ucuz tərəvəzin tərkibində betanin var. Betanin Alsheymer xəstəliyinə səbəb olan zülali maddələrin beyində toplanması prosesini ləngidir.

3. Nar

Antioksidant maddələri ilə zəngin olan nar beyində iltihabın riskini azaldır, yaddaşı yaxşılaşdırır.

4. Sarıkök

Təbii antidepressant sayılan sarıkök əhvalı yaxşılaşdırır və həyacanı azaldır. Sarıkökün əsas təsiredici maddəsi “kurkumin” beyində yeni hüceyrələrin əmələ gəlməsi proseslərini aktivləşdirir, yaddaşı, diqqəti, təfəkkürü yaxşılaşdırır.

5. Kişmiş

Borla zəngin olan kişmiş yaddaşı möhkəmləndirir.

Həmçinin kişmiş kaliumla da zəngindir. Kalium sinir hüceyrələrinin tonusda qalması və şüurun aydın olması üçün çox vacibdir.

Bir cavab yazın

Please enter your comment!
Please enter your name here