Ev Cəmiyyət Baş ağrısı bulanıq görmə ilə nə dərəcədə əlaqəlidir?

Baş ağrısı bulanıq görmə ilə nə dərəcədə əlaqəlidir?

100
0
PAYLAŞ

Bulanıq görmə müxtəlif xəstəliklərin əlaməti ola bilər. Bunlara göz xəstəlikləri, beyin travmaları, beyin şişləri və s. aid edilə bilər.

Naxcivanxeberleri.com xəbər verir ki, bu sözləri AZƏRTAC-a müsahibəsində Caspian İnternational Hospitalın nevroloqu Lalə Həsənova bildirib.

Onun sözlərinə görə, bulanıq görmə və baş ağrısı şikayətləri bir-biri ilə sıx əlaqəlidir və görmənin pisləşməsi ciddi xəstəliyin erkən əlaməti ola bilər. Bu şikayətlər bir sıra xəstəliklərdə müşahidə olunur.

Həkim son günlərdə rast gəlinən bir sıra klinik halları nəzərə alaraq bu xəstəliklərdən biri olan Pseudotumor cerebri haqqında məlumat verib: “Pseudotumor cerebri hərfi tərcümədə “beynin yalançı şişi” deməkdir. Xəstəliyin bu cür adlandırılmasının səbəbi isə əlamətlərin özünü beyində şiş olmadığı halda varmış kimi göstərməsidir. Həm uşaqlarda, həm də böyüklərdə müşahidə olunmasına baxmayaraq, xəstəlik reproduktiv yaşda olan, xüsusilə artıq çəkidən əziyyət çəkən qadınlarda daha çox rast gəlinir. Problemin əsas şikayətləri müxtəlif dərəcədə (yüngül, orta və ya şiddətli) baş ağrıları, görmənin pisləşməsi, ürəkbulanma, qulaqlarda küy, başgicəllənmə və s. olur. Yaranma səbəbinə gəldikdə isə dəqiq məlum olmasa da, bu xəstəlik çox vaxt beyni normada əhatə edən mayenin miqdarının artması və nəticədə kəllədaxili təzyiqin yüksəlməsi nəticəsində yaranır. Kəllədaxili təzyiqin yüksəlməsi nəticəsində isə göz dibində durğunluq və görmə diskinin ödəmi (şişməsi ), görmənin pisləşməsi baş verir. Vaxtında müalicə olunmadıqda görmənin itməsi də ola bilər”.

Oftalmoloq xəstəliyin müalicəsinin ətraflı müayinə edildikdən sonra dərman vasitələri və ya cərrahi yolla aparılacağına qərar verildiyini deyib: “Keyfiyyətli müalicə əldə etmək və ağırlaşmaların olmaması üçün vaxtında müayinə şərtdir”.

Bir cavab yazın

Please enter your comment!
Please enter your name here