Ev İdman “Barselona” “Real Madrid”i darmadağın etdi-VİDEO

“Barselona” “Real Madrid”i darmadağın etdi-VİDEO

367
0
PAYLAŞ

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, dünyanın ən böyük qarşılaşmaları arasında göstərilən və milyonlarla futbolsevərlərin maraqla gözlədiyi “El Klasiko” başa çatdı. Santyaqo Bernabeu stadionunda baş tutan qarşılaşmada gülən tərəf “Barselona” oldu. 

“Real Madrid” ev oynunda həm əzəli rəqibinə məğlub oldu, həm də çempionluq yarışmasında liderdən 14 xal geri düşdü.

Oyunun ikinci hissəsini tamamilə üstün səviyyədə keçirən “Barselona” komandası Luis Suares, Lionel Messi və Aleks Vidalın qolları ilə məğlubiyyətsizlik seriyasını davam etdirdi, xallarının sayını isə 45-ə çatdırdı.

Qeyd edək ki, bu, komandalar arasındakı 175-ci “El Klasiko” idi.

İki komanda arasında bu günə qədər oynanılan liqa matçlarında Madrid komandası üstün tərəfdir. Bu müsabiqələrin 72-sini “Real Madrid”, 70-ni “Barselona” qazanıb, 33 oyun isə bərabər başa çatıb. Qarşılaşmalarda “Real Madrid” 284, “Barselona” isə 280 qol vurub.

Ulduz oyunçular Lionel Messi ilə Kristiano Ronaldo arasındakı “El Klasiko” rəqabətində isə argentinalı ulduzun üstünlüyü var. Messi bu günə qədər “Real Madrid” qapısına 15-i səfərdə olmaqla 25 qol vuraraq “El Klasiko” rekordunu əlində saxlayır.

“Real” – “Barselona”  0:3

Suares, 54, Messi, 65-p., Vidal, 90+2

-p., Vidal, 90+2

Bir cavab yazın

Please enter your comment!
Please enter your name here