Ev Sağlamlıq Balığın insan orqanizminə faydaları

Balığın insan orqanizminə faydaları

305
0
PAYLAŞ
Ləzzəti ilə gündəlik həyatda süfrəmizi bəzəyən balıqlar bir çox xəstəlik üçün şəfa mənbəyidir.
Harvard Universiteti mütəxəssislərinin balığın sağlamlığa təsirləri haqqında apardıqları tədqiqatlar balığın insan bədəninə faydalarını ortaya çıxardı. Son 20 ildə bu mövzuda aparılan tədqiqatları  bir nəticəyə gətirən mütəxəssislər balığın faydaları ilə yanaşı zərərinin də çox az olduğu qənaətinə gəliblər. Araşdırmalar balıq yeməyinin ürək xəstəliklərində ölüm riskini 36% azaltdığını ortaya qoyur. Yağlı balığın tərkibində daha çox omeqa 3 olması səbəbi ilə daha faydalı olduğu tədqiqatlardan çıxan bir başqa nəticədir. Mütəxəssislər sağlam bir həyat üçün həftədə 2 dəfə balıq yeyilməsini məsləhət görür. Balığın insan bədəninə faydalarından bir neçəsini təqdim edirik:
-Balıq zülal, D vitamini və mikroelementlər baxımdan mükəmməl qida qaynağıdır.
-Tərkibindəki fosfor, kükürd, vanadium kimi minerallar sayəsində böyüməyi və toxumaların yaxşılaşmasını təmin edir.
-Sağlam diş və diş ətinə faydalıdır.
-Dəri rəngini gözəlləşdirir.
-Saçların daha dayanıqlı olmasını təmin edir.
-Bakterial infeksiyalarda müqaviməti artırır.
-Qandakı xolesterolu nizamlayaraq ürək tutmalarının qarşısının alınmasında böyük əhəmiyyətə malikdir.
-Nişasta və yağların parçalanaraq bədəndə istifadəsinə kömək edir.
-Oynaq sağlamlığına faydalıdır.
-Şəkər xəstəliyinin müalicəsində istifadə edilir.
-Depressiya və şizofreniya əlamətlərini yüngülləşdirir.
-Yanıq müalicəsində faydası var.
-Miqren xəstələrində faydası təsdiqlənmişdir.
-Qlaukoma (göz içində təzyiqin artması səbəbilə meydana gələn korluq) müalicəsində faydası var.

Bir cavab yazın

Please enter your comment!
Please enter your name here