Ev Mədəniyyət Bakıda naxçıvanlı gənc rəssamın əsərləri sərgilənir

Bakıda naxçıvanlı gənc rəssamın əsərləri sərgilənir

93
0
PAYLAŞ

Sentyabrın 11-də Bakı Xətai Sənət Mərkəzində Naxçıvanın tanınmış gənc rəssamı Səbrəli Nəbiyevin sənət əsərlərindən ibarət “Aydınlığın rəssamı, rəssamın aydınlığı” adlı fərdi rəsm sərgisi açılıb.

Sərgi “Cahan” Holdinqin dəstəyi və Naxçıvan Rəssamlar Birliyinin təşkilatçılığı ilə reallaşıb.

Tədbirdə Azərbaycan Rəssamlar İttifaqının katibi, Xalq Rəssamı Ağali İbrahimov çıxış edərək gənc rəssamın yaradıcılığının mükəmməlliyindən danışıb. Qeyd edib ki, S.Nəbiyev gənc olmasına baxmayaraq onun yaratdığı sənət əsərləri məna və məzmun baxımından dolğunluğu ilə seçilir.

Sərgidə nümayiş olunan 60-dan çox sənət əsərinin müxtəlif janrlarda olmasını yüksək qiymətləndirən natiq ona yaradıcılıq uğurları arzulayıb.

Xalq Rəssamı Arif Hüseynov, Əməkdar İncəsənət Xadimi Ziyadxan Əliyev və Xətai Rayon İcra Hakimiyyətinin nümayəndəsi Pənah İmanov sərginin əhəmiyyətindən və nümayiş edilən əsərlərin füsunkarlığından danışıblar.

Vurğulanıb ki, hazırda Naxçıvan Müəllimlər İnstitutunun təbiət və İncəsənət fakültəsində təhsil alan gənc rəssam incəsənətdə öz istedadı ilə sənətkarlığını təsdiq edib. Natiqlər gənc fırça ustasına uğurlar arzulayıb.

Sonda S.Nəbiyev tədbirin təşkilində əməyi olan hər kəsə təşəkkürünü bildirib.

Qeyd edək ki, sərgi üç gün ziyarətçilərin üzünə açıq olacaq.(azertac)

Bakıda naxçıvanlı gənc rəssamın əsərləri sərgilənirBakıda naxçıvanlı gənc rəssamın əsərləri sərgilənir

Bir cavab yazın

Please enter your comment!
Please enter your name here