Ev Mədəniyyət Bakıda meksikalı rəssam Frida Kalonun əsərlərindən ibarət sərgi açılacaq

Bakıda meksikalı rəssam Frida Kalonun əsərlərindən ibarət sərgi açılacaq

156
0
PAYLAŞ

İyulun 18-də İçərişəhərdə yerləşən “Art Tower” qalereyasında dünya şöhrətli meksikalı rəssam Frida Kalonun əsərlərindən ibarət sərgi açılacaq.

NAXÇIVANXƏBƏRLƏRİ.COM-un aldığı məlumata görə,Sərgi “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Mədəniyyət və Turizm Nazirliyi, Meksikanın ölkəmizdəki səfirliyi və “Arts Council Azerbaijan” QHT-nin birgə təşkilatçılığı ilə gerçəkləşəcək.

“Arts Council Azerbaijan”ın rəhbəri Dadaş Məmmədov  məlumat verib ki, kuratoru Mirsadıq Hüseynov olan sərgi iyulun 25-dək davam edəcək. Tamaşaçılar sərgidə Meksika incəsənətinin ikonası, XX əsr dünya rəssamlığının görkəmli nümayəndələrindən biri olan Frida Kalonun həyatının müxtəlif dövrlərinə aid yaradıcılıq nümunələri ilə tanış ola biləcəklər.

Bir cavab yazın

Please enter your comment!
Please enter your name here