Ev Regionlar Bakı ilə Naxçıvanı birləşdirəcək əlavə dəmir yolu xətti çəkilir

Bakı ilə Naxçıvanı birləşdirəcək əlavə dəmir yolu xətti çəkilir

338
0
PAYLAŞ

İran ərazisində Bakı və Naxçıvanı birləşdirəcək əlavə dəmir yolu xəttinin çəkilməsi ilə bağlı iş aparılır.

Bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov deyib. Sədr bildirib ki, çatışmayan 167 km yolun tikintisi üçün kredit ayrılmasına qərar verilib.

Bundan başqa, Cavid Qurbanov deyib ki, rəhbərlik etdiyi qurum bu ilin sentyabr ayında Gəncəyə hərəkət edəcək ilk sürət qatarını işə salmağa çalışır. Qəbələ rayonuna isə dəmir yolu xəttinin çəkilişinə başlanılıb. Eyni zamanda, Qusar rayonuna da dəmir yolu xəttinin çəkilməsi ilə bağlı layihələndirmə işləri davam etdirilir.

“Azərbaycan Dəmir Yolları” QSC İranın Astara bölgəsində inşa etdiyi və idarə edəcəyi əlavə yük terminalları üçün 200-dən çox sifariş qəbul edib. Terminallar vasitəsilə neft də daxil olmaqla müxtəlif yüklər daşınacaq.

Azərbaycan və İranın dəmir yolu qurumları “Astara yükdoldurma və yükboşaltma terminalının tikinisi və istismarı” layihəsi üzrə müqavilə imzalayıb. Müqavilə ADY-nin maliyyə və texniki dəstəyi ilə İran ərazisində 1,4 km uzunluğunda dəmir yolu xəttinin və böyük aşırma qabiliyyətinə malik olan 4 terminalın tikintisini nəzərdə turur. Müqaviləyə əsasən, sözügedən dəmir yolu xətti 15 il Azərbaycan tərəfinin idarəçiliyində olacaq.(Naxcivantv.az)

Bir cavab yazın

Please enter your comment!
Please enter your name here