Ev Kateqoriyasız Babək rayon Gərməçataq kəndində konsert proqramı təşkil olunub

Babək rayon Gərməçataq kəndində konsert proqramı təşkil olunub

415
0
PAYLAŞ

Naxçıvan Musiqi Kollecinin müəllim və tələbələrdən ibarət muğam üçlüyü və sazçalanlar ansamblı, tədbirlər planına uyğun olaraq bu dəfə sərhəd kəndlərindən olan Babək rayon Gərməçataq kəndində konsert proqramı ilə çıxış etmişlər. Naxcivanxeberleri.com xəbər verir ki, tədbiri giriş sözü ilə kollecin şöbə müdiri Fətəli Axundzadə açaraq bildirmişdir ki, muxtar respublika rəhbərliyinin səyi nəticəsində ən ucqar kəndlər belə daim dövlət qayğısı ilə əhatələnərək, heç də rayon və şəhər mərkəzlərindən geri qalmır.
Biz mədəniyyət işçiləri hər zaman özümüzə borc bilirik ki, qorxmadan, qəhramanlıq nümunəsi göstərərək düşmənlə üz-üzə dayanan sizlərdə ruh yüksəkliyinin təmin olunması məqsədi ilə mütamadi sizlərin görüşünə gələk.
Fətəli Axundzadə kənd sakinlərini qarşıdan gələn Novruz bayramı münasibəti ilə təbrik edib, gələn il Novruz bayramını işğal altında olan torpaqlarımızda qeyd etməyi arzulayıb.
Tədbir kollektivlərin şux və vətənpərvər ifaları ilə davam etmişdir.

Görüntünün olası içeriği: 3 kişi, takım elbise ve iç mekan

Görüntünün olası içeriği: 11 kişi

Görüntünün olası içeriği: 3 kişi, iç mekan

Görüntünün olası içeriği: bir veya daha fazla kişi, oturan insanlar ve iç mekan

Görüntünün olası içeriği: 3 kişi, iç mekan

Görüntünün olası içeriği: 4 kişi, iç mekan

Bir cavab yazın

Please enter your comment!
Please enter your name here