Ev Siyasət Azərbaycanda yeni dövlət qurumu yaradılıb

Azərbaycanda yeni dövlət qurumu yaradılıb

810
0
PAYLAŞ

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin yaradılması haqqında fərman imzalayıb.

Fərmanda qeyd olunur ki, ölkə ərazisində açıq məkanda reklam daşıyıcılarının yerləşdirilməsi, həmin reklam daşıyıcıları üzərində yerləşdirilməsi nəzərdə tutulan reklamların istehsalı (hazırlanması) və yayımlanması sahəsində vahid tənzimləməni və nəzarəti təmin etmək məqsədilə “Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi” publik hüquqi şəxs yaradılsın.

Müəyyən edilir ki, Dövlət Reklam Agentliyinin fəaliyyətinə Azərbaycan Prezidenti tərəfindən vəzifəyə təyin edilən və vəzifədən azad edilən direktor rəhbərlik edir.

Azərbaycan Prezidenti Administrasiyası bu fərmanda nəzərdə tutulmuş publik hüquqi şəxsin nizamnaməsinin layihəsini və təsisçisinin səlahiyyətlərini həyata keçirənlər barəsində təkliflərini on beş gün müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim edəcək.

Bu fərmanda nəzərdə tutulmuş publik hüquqi şəxs “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanunla müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındığı günədək, açıq məkanda reklam yerləşdirilməsi “Reklam haqqında” qanunla müəyyən edilmiş qaydada davam etdiriləcək.

Dövlət başçısının digər sərəncamı ilə Aydın Münsüf oğlu İbadov Dövlət Reklam Agentliyinin direktoru təyin edilib. (Trend)

Bir cavab yazın

Please enter your comment!
Please enter your name here