Ev İdman Azərbaycan gimnastı Yeniyetmələrin III Olimpiya Oyunlarının çempionu olub

Azərbaycan gimnastı Yeniyetmələrin III Olimpiya Oyunlarının çempionu olub

111
0
PAYLAŞ

Azərbaycan gimnastı Yelizaveta Luzan Argentinanın paytaxtı Buenos-Ayresdə keçirilən Yeniyetmələrin III Yay Olimpiya Oyunlarının çempionu olub.

Naxcivanxeberleri.com xəbər verir ki, idmançımız Olimpiya Oyunlarının yeni formatına əsasən, bütün gimnastika növləri üzrə qarışıq komandaların yarışında qızıl medal qazanıb.

Beləliklə, milli komandamızın aktivində 2 qızıl və 1 bürünc medal var. Bundan əvvəl cüdoçu Vüqar Talıbov (66 kq) qızıl, taekvondoçu Cavad Ağayev (63 kq) bürünc medal qazanıblar.

Bir cavab yazın

Please enter your comment!
Please enter your name here