Ev Cəmiyyət “Azərbaycan Dəmir Yolları” sərnişin vaqonları üçün yeni yataq ləvazimatları alır

“Azərbaycan Dəmir Yolları” sərnişin vaqonları üçün yeni yataq ləvazimatları alır

158
0
PAYLAŞ

Azərbaycan Dəmir Yolları” QSC-nin Sərnişin daşımaları Departamenti açıq tender elan edib.

Tender sərnişin vaqonları üçün yataq ləvazimatlarının (15 200 ədəd yastıq üzlüyü (60×60 sm), 28 000 ədəd döşək üzlüyü (150×220 sm), 10 000 ədəd dəsmal (40×70 sm), 4 000 ədəd sintepon yorğan (205x140sm) üzlüklə birgə) olmaqla 1 lot üzrə keçirilir.

Tenderdə iştirak haqqı 300 manat təşkil edir.

İddiaçılar tender iştirak etmək üçün zəruri sənədləri (tender təklifi və bank zəmanəti istisna olmaqla) 21 iyun saat 18:00-a qədər, tender təklifi və bank zəmanətini isə 5 iyul saat 18:00-a qədər Bakı şəhəri, D.Əliyeva küçəsi,230 (Departamentin Tender Komissiyası) ünvanına təqdim etməlidirlər.

İddiaçıların təklifləri 6 iyul saat 11:00-da yuxarıda göstərilən ünvanda açılacaq.(report)

Bir cavab yazın

Please enter your comment!
Please enter your name here